Şrift:
Təbrizli xanəndədən “Şirvan şikəstəsi” (video)
01.04.2017 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Heydər Əliyev Fondu 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirir.

Həmin vaxtdan AzTV-də yayımlanan “Muğam” televiziya müsabiqəsi gənc muğam ifaçılarına öz istedadlarını göstərmək imkanı verir.

“Muğam televiziya müsabiqəsi 2017”-yə isə Cənubi Azərbaycanın gənc xanəndəsi Məcid Əsri də qatılıb. Onun bu həftə müsabiqədə ifa etdiyi “Şirvan şikəstəsi” dinləyicilərin rəğbətini qazanıb.

Qeyd edək ki, Birinci muğam müsabiqəsi 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə baş tutub. 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə də müsabiqə təşkil olunub və qaliblər mükafatlandırılıblar.

Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed