Şrift:
Zəncan Vilayətində işsizlik səviyyəsi artıb
01.04.2017 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Zəncan Vilayətində işsizlik səviyyəsi daha da artıb.

Bu, İran Statistika Mərkəzinin ötən il (hicri-şəmsi təqvimi ilə 1395-ci il) üçün işsizlik səviyyəsi ilə bağlı yekun rəqəmləri açıqladıqdan sonra məlum olub. Statistik məlumata əsasən, Zəncan Vilayətində işsizlik səviyyəsi ilin ikinci yarısında ötən aylara nisbətən 2.2 faiz artaraq 10.4 faizə çatıb. Bu rəqəm ötən ilin yay fəslində 8.2 faiz olub.

Zəncan Vilayətində 1395-ci ilin ikinci yarısında iqtisadiyyat sahəsində fəal olan şəxslərin sayı isə bir neçə faiz azalaraq 37.4 faizə çatıb, bu rəqəm həmin ilin yay fəslində 45.1 faiz olub. Qeyd olunan rəqəmlər, iqtisadiyyat sahəsində çalışanların işsizlər vəya rəsmi işlərə qəbul olanların sırasına keçməsi ilə dəyişir.

Zəncan Vilayətində hələ ötən ilin yay fəslində işsizlik səviyyəsi 8.2 faiz olduğu zaman, 65 min universitet məzunu vəya təhsil almaqda olan şəxslərdən 11 min 700 nəfəri işsiz olub.

Xəbər verdiyimiz kimi, ötən il Şərqi Azərbaycan Vilayətində işsizlik səviyyəsi öncəki ilə nisbətən 3.5 faiz artaraq 10.8 faizə çatıb. Bu rəqəm 1394-cü ildə 7.3 faiz olub. Tehran, Cənubi Xorasan, Simnan, Fars, Qum, Kirman, Hormozqan və s. kimi vilayətlərdə isə işsizlik tək rəqəmli səviyyədə saxlanılıb.

Qeyd edək ki, İranda bütün türk bölgələrində iqtisadi tənəzzül getdikcə dərinləşir. Buna səbəb iş adamlarının bölgəyə hakim kəsilən iqtisadi gərginlikdən dolayı məntəqəni tərk etməsi və bölgəyə dövlət tərəfindən sərmayə yatırılmamasıdır.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed