Şrift:
Ceyms Mattis: “Son beş ildə İranın terrorizmə dəstək siyasətində hər hansı bir dəyişiklik edilməyib”
01.04.2017 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 31-də Londona səfər edən ABŞ-ın müdafiə naziri Ceyms Mattis, jurnalistlərə açıqlamasında İranın beynəlxalq terrorizmə dəstəyindən və dünyanın müxtəlif ölkələrində qanunsuz silahlı qruplaşmalara yardımından danışıb.

İranın son beş ildə terrorizmə dəstək siyasətində hər hansı bir dəyişiklik edilmədiyini bildirən Ceyms Mattis, İranın Amerikaya qarşı ən böyük təhdid sayılması ilə bağlı keçmişdə səsləndirdiyi fikri bir daha təkrarlayıb: “5 il əvvəl mən bu sözü deyəndə, Amerika Mərkəz Komandanlığının rəisi vəzifəsində çalışırdım. Səmimi deyim ki, o vaxt, İran terrorizmə dəstək verən əsas ölkə idi. Lakin rəsmi Tehran, o vaxtkı siyasətini bu gün də davam edir. Təəssüflər olsun ki, son beş ildə İranın rəftarında hər hansı bir dəyşiklik edildiyi müşahidə olunmur”.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed