Şrift:
Osmanlı Sultanının dörd cümləlik məktubunun gücü - Fransada tans 100 il qadağan edildi
01.04.2017 [11:58] - Xəbərlər, Türkün şanlı tarixi
Günü bu gün də ölkənin hər yanında, hətta İslam dünyasının və dünyanın hər bir tərəfində mədəniyyət əlaməti kimi qəbul edilən gənc və yaşlıların da oynadığı rəqs növü olan tans Qanuni dönəmində ilk dəfə Fransada ortaya çıxmışdı. O illərdə də Osmanlı İmperatorluğunun sərhədləri Avropanın içərilərinə doğru uzanaraq düz Fransa sərhədlərinə kimi gedib çatmışdı. Tansın Fransada oynanıldığını eşidən Sultan Süleyman hirslənərək Fransa kralı Fransuaya hədə dolu bir məktub göndərir. Davam.az "Enter.News"-a istinadən Necdet Bayraktaroğlunun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir:

“Mən qırx səkkiz krallığın xaqanı Sultan Süleyman Xanam. Səfirimdən aldığım xəbərə görə, məmləkətinizdə rəqs adı altında qadın-kişi bir-birinə sarılaraq, hər kəsin gözü önündə faydasız işlərlə məşğul olur. ...Bu biabırçılıq ölkəmə keçməmiş məktubu alan kimi buna dərhal son verməyini tələb edirəm. Əgər buna əməl olunmasa, şəxsən ordumla gəlib, buna son qoyacam.”

Sultan Süleymanın bu məktubundan sonra Fransada bu rəqs növü yüz il qadağan edilir.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed