Şrift:
Bakı Uşaq Teatrının yeni layihəsi
02.04.2017 [11:16] - Gündəm, Afişa
Bu günlərdə Bakı Uşaq Teatrının direktoru- bədii rəhbəri, rejissor İntiqam Soltan Hər zaman yeni layihələr üzərində işləməyə üstünlük vermişdir. Rejissor bu dəfə də yeni bir eksperimentə imza atmışdır. Belə ki, iki müxtəlif teatrda eyni tamaşaya quruluş vermişdir. 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “Kələkbaz” komediyası 10 mart- Milli Teatr günündə Baskı Uşaq Teatrında, Beynəlxalq Teatr günü ərəfəsində isə Ağdam Dövlət Teatrında təhvil verilmişdir. İkinci teatrda təmənnasız quruluş verdiyi tamaşada məqsəd teatrlar arasında təcrübə mübadiləsinin aparılmasıdır. Belə ki, eyni tamaşanın eyni quruluşda hazırlanması nəticəsində hər iki teatrın aktyorlarının bir-birini əvəzetmə yolu ilə həmin tamaşanı oynaya bilərlər.
Bu təcrübənin layihə çərçivəsində digər region teatrları ilə də aparılması nəzərdə tutulur.
Bakı Uşaq Teatrının yeni layihəsi
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed