Şrift:
“Təbriz” derbisi bərabər hesabla sona çatdı
02.04.2017 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə bu şəhərin “Traxtur” və “Qostəreşe fulad” komandaları arasında yerli vaxtla saat 17:30-da başlayan görüş bu dəqiqələrdə bərbər hesabla sona çatdı.

İran üzrə futbol klublarının super liqa yarışlarının 25-ci həftəsində keçirilən qarşılaşma 1:1 bərabər hesabla sona çatdı. Bununla da turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Traxtur”, cədvələ liderlik edən “Perspolis”in Abadan təmsilçisinə məğlub olmasından yararlana bilmədi və lider komandadan 9 xal fərqi ilə yenə də ikinci pillədə yer aldı. Azərbaycan komandası super liqa yarışlarının 25-ci həftəsində 47 xala malikdir.

Əvvəlcə “Traxtur” tərəfindən Mehdi Şərifi oyunun 16-cı dəqiqəsində hesabı açdı, “Qostəreşe fulad” isə 55-ci dəqiqədə Rza Xaliqinin vurduğu qolla hesabı bərabərləşdirdi.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed