Şrift:
Azərbaycanlı fəallar barəsində çıxarılan həbs qərarına etirazlar artır
03.04.2017 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli-mədəni fəallar barəsində çıxarılan ağır həbs və sürgün edilmə qərarına qarşı etirazlar artır.

Məhkəmə hökmünün ədalətsiz olduğunu iddia edən yerlilərimiz 6 fəal barəsində çıxarılan 60 il həbs və sürgün edilmə qərarını məhkum edərək üzərində fəalların şəkili əks olunmuş plakatlar qaldırıblar.

Fəallar haqqında Tehranın Gülüstan İnqilab Məhkəməsi və Qəzvin İnqilab Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən Əkbər Azad 10 il, Əlirza Fərşi 15 il, Behnam Şeyxi 10 il, Həmid Mənafi 10 il, Siyamək Mirzayi 10 və Süheyla Kargər 5 il müddətinə azadlıqdan məhrum edilib. Süheyla Kargər istisna olmaqda onların hər biri 2 il müddətinə sürgün edilmə cəzasına da məhkum edilib.

Əkbər Azad sürgün həyatını İlam vilayətinin Dərreşəhr şəhərində, Əlirza Fərşi Xuzistanın Bağmolk şəhərində, Behnam Şeyxi Xuzistanın Məscid-i Süleyman şəhərində, Həmid Mənafi Loristanın Azna şəhərində, Siyamək Mirzayi isə Təbəs şəhərində keçirəcək.

Aşağıdakı şəkillər soydaşlarımızın milli-mədəni fəallar barəsində çıxarılan ədalətsiz məhkəmə qərarına etirazını göstərir:
Azərbaycanlı fəallar barəsində çıxarılan həbs qərarına etirazlar artır
Azərbaycanlı fəallar barəsində çıxarılan həbs qərarına etirazlar artır
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed