Şrift:
Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib
04.04.2017 [09:59] - Xəbərlər, Sosial
Aprelin 3-də Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilib. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam edib.

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed