Şrift:
Azərbaycanın iki daş kətibəsi məhv olmaq üzrədir – Sarabda
04.04.2017 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Sarab şəhərində yerləşən iki tarixi daş kitabə baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üzləşib.

Yerli mətbuat bildirir ki, Urartu mədəniyyətinə aid təxminən 3 min illik Razlıq və Qırx-qızlar kitabələri Mədəni İrs Təşkilatı tərəfindən qorunub saxlanılmır, təşkilat sadəcə kitabələrin maketini yaratmaq və onları tərcümə etməklə kifayətlənib.

Sarabın 12 kilometr cənub-qərbindəki Zağan dağında yerləşən Razlıq və bu şəhərin yaxınlığında Qaradağ dərəsində yerləşən Qırx-Qızlar kitabələri Urartu mədəniyyətinə aiddir. Razlıq daş kitabəsində 16, Qırx-qızlarda isə 12 sətirlik mətn, mixi (çivi) yazı üsulu ilə həkk olunub.

Məlumata görə, İran Mədəni İrs Təşkilatı tərəfindən tərcümə olunmuş mətnlər Niyavəran sarayında saxlanılır.

Qədim dövrlərə aid əsərlər, hər millətin milli kimliyinin ən böyük tarixi ifadəsidir. Bu önəmli əsərlərin mühafizəsi Mədəni İrs Təşkilatına tapşırılıb, lakin rəsmi orqan məqsədyönlü şəkildə Azərbaycanın tarixi əsərlərinin qorunub saxlanılmasında maraqlı deyil.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed