Şrift:
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində türk həkimlərinin sərgisi açılıb
04.04.2017 [10:35] - Türk dünyası-Turan, Mədəniyyət
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Ankara “Numune” təlim və tədqiqat xəstəxanasının 47 həkim və texniki işçisinin rəsm əsərlərindən ibarət “Gözəl ölkəm Türkiyə” adlı sərgi açılıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərginin təşkilatçılarına təşəkkür edib, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladaraq Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu vurğulayıb.

Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı isə tibb işçilərində rəssamlıq keyfiyyətinin olmasının onda məmnunluq doğurduğunu bildirib. Qeyd edib ki, ağır fəaliyyətdən sonra onlar dincəlmək üçün belə bir nəcib işlə məşğul olurlar.

Ankara “Numune” təlim və tədqiqat xəstəxanasının baş həkimi, professor Nurullah Zəngin sərgiyə ev sahibliyi edən Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. O, 136 ildir fəaliyyət göstərən, 42 tibbi sahə üzrə 900 həkimin çalışdığı xəstəxana haqqında məlumat verib.

Xəstəxana ilə bağlı videoçarx nümayiş olunub. Nurullah Zəngin sərginin təşkilində əməyi olanlara xəstəxananın adından hədiyyələr təqdim edib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed