Şrift:
Baş Konsulluq Peterburq metrosundakı partlayışda azərbaycanlının öldüyünü təsdiq etdi
04.04.2017 [10:43] - Köşə yazarları, Hadisə
Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib.

Bu barədə özəl olaraq Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

S.Qasımov bildirib: "Dilbarə Əliyevanın ölümü haqqında məlumatı səhər saatlarında aldıq. Hazırda xəstəxanaya gedirik".

Baş konsulun sözlərinə görə, partlayış zamanı xəsarət alan azərbaycanlının vəziyyəti isə stabildir: "O, hələ xəstəxanadadır".

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed