Şrift:
Millət vəkili dini qurumlara səsləndi
04.04.2017 [10:48] - Xəbərlər, İslam dini, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onlar erməni kilsəsinin addımına etiraz etməlidir”

“Din qəsb olunmuş torpaqda dəstəmazı belə yasaqlayır, İran mollaları isə...”


Erməni katalikosu II Qareginin qondarma “Dağlıq Qarabağ Respublikası”nın ordusuna 500 min dollar məbləğində ianə verməsi son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir. Məlum olayla bağılı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev, bu hadisənin bir çox mətləblərə aydınlıq gətirdiyini vurğuladı:
“Ermənistanla bağlı siyasətin başlanğıc nöqtələrindən biri kilsədir. Bütünlükdə türk-islam dünyasına qarşı aparılan siyasətin kilsədən idarə edilməsini ifadə etmişik. Bu gün də bir keşişin, bir kilsənin Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verməsi onu göstərir ki, bizim ifadələrimiz doğrudur.
Bu hadisə fonunda Emənistanın həm maliyyə, həm hərbi məsələlərlə bağlı Dağlıq Qarabağdakı prosesləri idarə etməsi də ortaya çıxır. Burada erməni əsilli azərbaycanlıların heç bir işi yoxdur. Dağlıq Qarabağdakı ermənilərin bu məsələlərə qarışacağı yoxdur. Onlar sadəcə olaraq istfadə olunurlar. Bu da ictimaiyyiləşməlidir. Azərbaycandakı din adamları, dini cərəyanlar da, islam dünyası da bilməlidir ki, bizə qarşı ədalətsiz mübarizə aparan, separatçılıqla məşğul olan, Azrbaycanın ərazilərini işğal edən bir dövlətə necə dəstək verirlər. Biz haqlı ola-ola, müsəlman qətliyama yetirildiyi, məscidlər, qbiristanlıqlar dağıdıldığı halda islam dövlətlərinin bu məsələdə mövqeyi fərqlidir. Islam dövlətləri bundan örnək götürüb bizə dəstək verməlidirlər. Iran kimi rejimlər Ermənistanla əlaqələrini kəsməlidirlər.
Bir çox dini çağırışlarda var ki, qəsb edilmiş torpaqda dəstəmaz belə almaq olmaz. Azərbaycan torpaqları qəsb olunub. Irəvan, Dağlıq Qarabağ qəsb olunmuş ərazidir. Di gəl ki, İran mollaları, ruhaniləri, ayətullahları gedib İrəvanda namaz qılırlar. Dağlıq Qarabağda şirkətləri işləyir, talançılıqla məşğul olurlar. Biz kilsənin etdiyi yardımın bu tərəfini də qabartmalıyıq.
Baş verənlər həm də onu göstərir ki, siyasi məsələlərdə dini bir faktor kimi ortaya atırdılar. Bəzən deyirdilər ki, ATƏT-in Minsk qrupunun üzvləri bu məsələdə tamamilə beynəlxalq hüquqa söykənirlər. Yalan söhbətdir. Burada din amili çox ühüm rol oynayır. Avropa evi özü yunan fəlsəfəsi və xristian ənənəsinə söykənən bir evdir. Onlar da açıq-açığına məsələlərə dini təəssübkeşlik baxımından yanaşırlar. Hesab edirəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Bu məsələlərdən dərs almaq lazımdır. Dini qurumlarımız işğalçı orduya yardım göstərən kilsəyə öz etirazını bildirməlidir. Bildirməlidirlər ki, siz başqasının torpağını işğal edənbir orduya dəstək verirsiniz. Bu, müharibədə tərəf tutmaqdır. Heç bir kitablı dində zorakılıq qəbul edilmir. Biz kitablı dinlərin hamısına hörmət edirik. Biz çalışırıq ki, barış olsun. Onlar ya bu məsələyə normal yanaşsınar, ya da dindən spekulyasiya məqsədi ilə istifadə etdiklərini etiraf etsinlər. Hesab edirəm ki, dini və dövlət qurumlarımız bu məsələyə reaksiya verməlidir”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed