Şrift:
Bu il Təbiət Günü mərasimi insidentsiz ötüşüb – Məlikanda
05.04.2017 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Məlikan şəhərində Təbiət Günü (2 aprel) münasibəti ilə xüsusi mərasim keçirilib.

Əldə etdiyimiz məlumata görə, azərbaycanlı milli-mədəni fəalların təşəbbüsü ilə keçirilən mərasim bu il ötən illərlə müqayisədə daha maraqlı olub.

Şəhər ətrafında bir yerə toplaşan gənclər milli geyimdə Azərbaycan rəqsləri nümayiş etdirib, şeir oxuyub və Azərbaycanın milli marşını ifa ediblər. Mərasimdə yerli aşıqların ifası böyük maraqla qarşılanıb.

Yüzlərlə məlikanlı soydaşlarımızın qatıldığı şənlik mərasimi ötən illərin əksinə olaraq bu dəfə insdentsiz ötüşüb, təhlükəsizlik qüvvələri mərasimə müdaxilə etməyib.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed