Şrift:
Həbib Sasaniyan aclıq aksiyasına başlayıb
05.04.2017 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir ilə yaxındır Təbrizin mərkəzi zindanında müvəqqəti olaraq saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan aclıq aksiyasına başlayıb.

Ərdəbilli fəal bu barədə ailəsinə telefon vasitəsi ilə məlumat verib. O, uzun müddətdir qanunsuz və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq aprelin 3-dən etiraz aksiyasına başladığını açıqlayıb.

Fəalın müvəqqəti saxlanma müddəti 12-ci aydır ki, Təbrizin İnqilab Məhkəməsi tərəfindən uzadılır.

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Hazırda Təbrizin mərkəzi zindanında saxlanılan fəalın müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. O fevralın 4-də vəziyyəti ağırlaşdığına görə Təbriz zindanından Sina xəstəxanasına aparılmışdır.
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed