Şrift:
Nursultan Nazarbayev: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var"
05.04.2017 [10:41] - Siyasət
"Qazaxıstan hər zaman qonşuları ilə dostluq münasibətlərini qoruyub".
Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mangistau vilayətinə səfəri zamanı deyib.
İctimaiyyət nümayəndələri ilə görüşdə Qazaxıstan prezidenti ölkənin müstəqillik dönəmində Mangistau vilayətinin sənaye sahəsindəki yüksək payının bir qədər də artdığını qeyd edib.
N.Nazarbayev sərhəd əməkdaşlığının əhəmiyyətli potensialından istifadənin zəruriliyində ayrıca diqqət yönəldib.
"Elə bir neçə gün əvvəl Azərbaycanda oldum. Əməkdaşlığı genişləndirməyimiz üçün böyük imkanlar var. Təkcə son iki ildə Mangistau vilayəti ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi beş dəfə artıb. Rayonunuz Qazaxıstanı qlobal və regional bazarlara bağlayan əsas tranzit qovşaq rolunu oynayır. Bu böyük potensialdan tam istifadə etmək lazımdır", - dövlət başçısı vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 228 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed