Şrift:
Ahmet Kenan: “Hansısa bir-iki şüar Taksim mitinqini gözdən sala bilməz”
21.04.2012 [16:12] - Siyasət
Bu gün hansısa qüvvələr Taksimdə keçirilən mitinqi gözdən sala bilməz və o mitinq bir daha iki qardaş ölkənin birliyini, həmrəyliyini ortaya qoydu.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq nazir Ahmet Kenan Tanrıkulu Taksim meydanında Xocalı faciəsinin 20-ci il dönümü ilə bağlı keçirilən mitinq zamanı səsləndirilən irqçilik şüarları ilə əlaqədar olaraq keçirilən həbsləri şərh edərkən bildirib.

“Təbii ki, hansısa mitinqlərdə müxtəlif şüarlar səsləndirilə bilər. Bunun Taksimdə keçirilən Xocalı faciəsinə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Yəni, bu tipli şüarlar Taksim mitinqini gözdən sala bilməz. Xocalı faciəsi təkcə Azərbaycanın yox, bütün türk dünyasının faciəsidir. Həmçinin, insanlığa qarşı olan bir faciədir. Buna bütün dünya sərt cavab verməlidir. Onu da əlavə edib ki, artıq həbs edilən insanlar azadlığa çıxıblar.

Eyni zamanda, Türkiyənin bütün ictimai təşkilatları, idarə quruluşları, universitetləri və s. qurumları Xocalını soyqırım olaraq anmaladırlar və bu istiqamətdə çalışmalar həyata keçirilməlidir”-deyə,millət vəkili qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed