Şrift:
Azərbaycan “Rabitə və Kontent. Qafqaz 2017” Beynəlxalq forumunda təmsil olunacaq
05.04.2017 [14:34] - İqtisadiyyat
Mayın 16-20-də Gürcüstanın Borjomi şəhərində “Rabitə və Kontent. Qafqaz 2017” mövzusunda #TIM Beynəlxalq forumu keçiriləcək, Azərbaycan şirkətləri tədbirdə iştirak edəcək.

Azərbaycanın Kabel Operatorları Assosiasiyasından bildirilib ki, forumun keçirilməsində əsas məqsəd regionda telekommunikasiya, informasiya texnologiyalar, media kimi sahələrin müzakirəsidir.

Forumun Azərbaycandakı tərəfdaşı Azərbaycanın Kabel Operatorları Assosiasiyasıdır.

“Son illər ərzində telekommunikasiya, informasiya texnologiyaları və kontent kimi sahələr ciddi şəkildə transformasiya edilib. Həmin sahələrdə fəaliyyət göstərən şirkətlər daim öz imkanlarını genişləndirir, davamlı inkişaf üçün yeni yanaşmalar axtarışındadır. Forumda iştirak həmin sahələrin gələcəyini daha aydın şəkildə görməyə və diqqəti daha uğurlu biznes-strategiyalara yönəltməyə imkan verəcək”, - deyə assosiasiya nümayəndələri bildiriblər.

Forum iştirakçılarını zəngin işgüzar və ekskursiya proqramları, axşam “netvorkinq”i gözləyir. Qafqaz, yaxın və uzaq xarici ölkələrin informasiya və kommunikasiya texnologiyaları bazarında çalışan mütəxəssis və aparıcı qurumların vahid müzakirə platforması yeni tərəfdaşları tapmağa və yeni layihələrin işlənib-hazırlanmasında iştirak etməyə imkan verəcək.

Tədbirdə iştirak etmək üçün http://timint.net/georgia2017.html linkində qeydiyyatdan keçmək olar
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed