Şrift:
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
05.04.2017 [14:35] - Afişa
Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında beş tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının yaradıcı kollektivi aprelin 7, 8 və 9-da “Silva”, “Düyməcik”, “Mənim günahım”, “Dəcəl çəpişlər” və “Baladadaşın toy hamamı” tamaşaları ilə çıxış edəcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar - Xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Almaz Ələsgərli, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, İlham Hüseynov və digər aktyorları görə biləcəklər.

Bundan əlavə, teatr bu həftə rusdilli tamaşaçıları üçün sözügedən səhnə əsərlərini müvafiq dildə təqdim edəcək.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed