Şrift:
Moskvada keçiriləcək təhlükəsizlik konfransına 78 ölkənin nümayəndəsi qatılacaq
05.04.2017 [14:41] - Köşə yazarları
78 ölkənin nümayəndəsi Moskva Təhlükəsizlik Konfransında iştirak etmək barədə razılıq verib. Onlar arasında 20-dən çox müdafiə naziri də var.
Bu barədə Rusiyanın müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin brifinqdə bildirib.
Konfrans aprelin 26-27-də keçiriləcək. Orada geniş spektrli məsələlər, o cümlədən terrorla mübarizə məsələsi müzakirə olunacaq.
Onun sözlərinə görə, konfransda beynəlxalq təşkilatların rəhbərlərinin çıxışı planlaşdırılır. Artıq ATƏT və ŞƏT-in baş katibi, MDB-nin icraçı katibi, BMT və Ərəb Dövlətləri Liqasının baş katiblərinin müavinləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti iştiraklarını təsdiq ediblər.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed