Şrift:
Bütöv Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycana (İrəvan) azadlıq
21.04.2012 [18:53] - Qərbi Azərbaycan-İrəvan
Hər il aprelin 24-də keçirilən yalançı erməni soyqırımı iddiasına qarşı Batı Azərbaycanda türk dövlətinin yaradılması tələbləri qoyulmalıdır.Tarixi torpaqlarından deportasiya olunmuş Azərbaycan turkləri Batı Azərbaycana qayıtmalı, burada öz dövlətlərini qurmalıdır. Bu məqsədlə Batı Azərbaycan turkləri mubarizəyə başlamalı, təşkilatlanmalı, Batı Azərbaycana Qayıdış Hərəkatlarını gücləndirməlidirlər. Batı Azərbaycana qayıdış Butöv Azərbaycan hərəkatının tərkib hisəsi kimi qoyulmalı, dövlət və diaspor təşkilatları tərəfindən dəstəklənməlidir. Bu hərəkat ümummilli bir hərəkata cevrilməli hakimiyyətdə təmsil olunan Batı Azərbaycanlı məmurların şəxsi mənfəətlərinə xidmət edən klançılıq və regionculuq damgasından azad olmalıdır. Batı Azərbaycan hərəkatının guclənməsində maraqlı olmayan məmurlar və güclər var.



Qərbi Azərbaycanlılar bütün siyasi partiyaıarın sosial bazasının bir hisəsini təşkil etməkdədirlər partiyaların liderləri beynəlxalq təşkilatlarla və diplomatik nümayəndəliklərlə çoxsaylı görüş keçirmələrinə baxmayaraq, bu problemi heç vaxt beynəlxalq müzakirələrə daxil etməmişlər) və onların Batı Azərbaycana qayıdışları bu partiyaların və klancı şəxslərinin hakimiyyətlərinin sonu ola bilər bu üzdən Batı Azərbaycan türklərinin hərəkatları ciddi nəzarət altında saxlanılır. Batı Azərbaycan hərəkatı klançı və regionçu hərəkat deyil Bütöv Azərbaycan Hərəkatıdır. Batı Azərbaycan məsələsi siyasi gundəmə gətirilməli beynəlxalq problemə çevrilməli və ATƏT-in MİNSK QRUPU-nun danişıqlarında əsas prioritetlərdən biri olmalıdır. Turkiyə və Azərbaycan Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında türklərə qarşı etnik təmizləmə aparılaraq quruldugunu gundəmə gətirməli Ermənistan ərazisinin mübahisəli ərazilər kimi tanımasına nail olmalıdır.Azerbaycan ərazisində Ermənilərə hansı status veriləcəksə Batı Azərbaycanlılara da o status Ermənistanda verilməlidir. Bu Qafqazda Ermənistan Azərbaycan müharibəsinin balanslaşdırma və tarazlaşdırma prinsipləri ilə aradan qaldırılmasına yardımçı ola bilər. Qlobal inteqrasiya və Dialoq mərkəzinin prezidenti Yasemen Qaraqoyunlu təsisçilərindən biri olduğu Butöv Azərbaycan Qadınlar Birliyinin Media Mərkəzdə keçirilən “Erməni soyqırım iddiası:Türkiyə və Azərbaycanın birgə görəcəyi tədbirlər” konfransındakı məruzəsində belə deyib. Məruzəçiyə görə:

Ermənilərin Dənizdən-dənizə (Qara dəniz-Aralıq dənizi-Xəzər Dənizi) böyük Ermənistan planı Çar Rusiyasının isti dənizlərə enmək, Bosfor və Dardanel böğazlarindan keçərərk İstanbulu fəth etməsilə Böyük Roma Dövlətinə çevrilmək planımnın tərkib hissəsi kimi 18-ci əsrdən 21-ci əsrə qədər Azərbaycanda Rusiyanın dəstəyi ilə həyata keçirilməkdədir. Bu plan iki formada həyata keçirilmişdir.

1.Azərbaycanın Qərb torpaqlarında etnik təmizləmə, soyqırım, deportasiya şəklində həyata keçirilələrək Ermənistan dövlətinin yaradılması; Bu barədə internet saytlarında aşağıdakı məlumatlarla tanış olmaq olar. “Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyası köçürülməsi və bu torpaqlarda Erməni dövlətinin qurulması planı hələ XVIII əsrdən Rusia imperatorluğunun rəhbərliyi altinda həyata keçirilməyə başlanılıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:

* Birinci mərhələ 1905-1920-ci illər;
* İkinci mərhələ 1948-1953-ci illər ;
* Üçüncü mərhələ 1988-1992-ci illər.

Məlumdur ki, Azərbaycan türklərinin (türklərin əksəriyyət təşkil etdiyi əhalinin) Ermənistanın indiki ərazisindən kütləvi köçürülməsi meqsedi ile 23 dekabr 1947 - SSRİ Nazirlər Soveti "Ermənistan SSR-də yaşayan Azərbaycan türklərinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edib. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər.

10 mart 1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, Azerbaycan turklerinin boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər.

1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi.1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı.



1948-1953-cü illərdə Azərbaycan türklərinin Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başlarına gətirilən faciələr silsiləsinin bir həlqəsidir. Deportasiya və yaxud əhalinin zorakılıqla miqrasiyası sovet hakimiyyəti illərində müxtəlif üsullarla həyata keçirilən siyasi repressiyanın xüsusi forması idi. Etnik təmizləmə məqsədini güdən bu aksiya həm administrativ xarakter daşıdığı üçün, həm də Ermənistanda yaşayan xalqlardan yalnız birinə − azərbaycanlılara şamil edildiyi üçün siyasi repressiya kimi xarakterizə edilməlidir. Min illər ərzində müəyyən arealda formalaşmış toplumun gözlənilməz bir qərarla tarixi köklərindən qoparılaraq yurdsuzlaşdırılması isə bu aksiyanın qeyr-insani, antihumanist xarakterinə dəlalət edirdi.



1988-ci ilin yanvarından etibarən "türksüz Ermənistan" siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə Azərbaycan türklərinin qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.



Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir.
Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.

Bu proseslər zamanı ermənilər Ermənistanda yaşayan Azərbaycan türklərinin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Ermənistandan didərgin salınıb. Sonuncu deportasiyada –1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib.



Bundan sonra ermənilər Ermənistandan Azərbaycan türklərinin izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi, mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Ermənistanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlığı dağıdıb. Təəssüflər olsun ki, bu faktlar bu gün dünyada haqqı-ədaləti bərpa etmək istəyən super güclərin gözü qarşısında baş verib, lakin hələ də öz hüquqi qiymətini almayıb. Bundan başqa, SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə Ermənistanda 2 mindən çox yer adı dəyişdirilib. Qərbi Azərbaycanda və Azərbaycan Respublikası ərazisində işğal nəticəsində iki milyon (2 000 000) Azərbaycan türkü terror, deportasiya, soyqırım vasitəsilə məhv edilmişdir. Etnik təmizləməyə məruz qalmış soydaşlarımızın hüquqları dünya birliyi tərəfindən tanınmalıdır”.



1.Azərbaycan Respublikasının Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal edilərərk oyuncaq “dağlıq Qarabağ Respublikasının” yaradılması və Ermənistan Respublikasina birləşdirilməsi planı:
Bu plan əsasında Bütöv Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycan tamamilə Ermənistana verilmiş, Quzey Azərbaycan Respublikasının 20% ərazisi isə işğal olunmuşdur, nəticədə 2 milyon Azərbaycan türkü terrror və soyqırım vasitəsilə məhv edilmişdir.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrin tələbləri yerinə yetrilməmişdir. Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması yönümündə fəaliyyət ATƏT-in MİNSK QRUPU-nun təklif etdiyi

1. Paket həll

2. Mərhələli həll

3. Ortaq dövlət proyekti

4. Madrid prinsipləri



Ərazi bütövlüyünün toxunulmazlığı, xalqların öz müqəddaratını təyin etmək hüququ, güc tətbiq etməkdən imtina prinsiplərini əsas götürərərk tətbiq edilməsi nəzərdə tutulan bu layihə və prinsiplər əslində Azərbaycan torpaqlarında müstəqil “Qarabağ” dövlətinin yaradılmasına və möhkəmlənməsinə xidmət etməkdədir. ATƏT-in MİNSK qrupu üzvləri Rusiya və Fransa Ermenistanın strateji müttefiqləridir saxta Ermeni soyqırımını tanımaqdadırlar. ABŞ-ın 30 ştatında soyqırım tanınıb və konqresdə soyqırımın tanınması məqsədi ilə masanın ustündə 2 layihə var. ABŞ problemin hellində ikili standartlar siyasetinə üstünlük verir və Qafqazda enerji təhlukəsizliyi maraqlarına uygun olaraq Azərbaycanın qarşısına güc tetbiq etməmək şərtlərini qoyur. Buna görədə MİNSK QRUPU-nun fealiyyətindən Azərbaycan imtina etməli məsələ BMT-də başqa formatda həll olmalıdır. Bununla bərabər Ermənistan Türkiyənin Şərqi Anadolu bölgələrini və Naxçıvanı da Ermənistana birləşdirmək məqsədi ilə 4T adlı strateji siyasətini də həyata keçirməkdədir. 4T proqramı vasitəsilə Türkiyənin bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. 4T proqramına uyğun olaraq dünyanın 20-dən çox ölkəsi ABŞ-ın 30 ştatı, Avropa Parlamenti “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq ideyasını gerçəkləşdirməkdədirlər. Bu məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər

Rusiya və İran strateji müttəfiqi kimi Ermənistanı gücləndirməkdə və Azərbaycan və Türkiyəyə qarşı silah kimi istifadə etməkdədir. Bütün bunların qarşısını almaq üçün təklif edirəm

1.4T proqramına ((4T proqramına daxildir: a) erməni spyqırımının dünyada tanınması, b) Türkiyənin soyqırımı tanıması, c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi, d) Türkiyənin şərqində–doğu anadolu bölgəsində (Naxçıvan da daxil olmaqla) ermənilərə torpaq verilməsi)) qarşı Türkiyə-Azərbaycan–Gürcüstan strateji əməkdaşlığına əsaslanan alternativ proqram hazırlansın.
2.Rusiya Federasiyasının subyekti olan türk Rrespublikaları və RF-nın müsəlman əhalisi ilə sıx işbirliyi qurulsun – Turançılıq və İslam Birliyi ideyası dəstəklənsin və Rusiya mərkəzli Avrasiyaçılıq boykot edilsin.
3.Ermənistana dəstək verən İrana qarşı Güney Azərbaycan türklərinin istiqlalı dəstəklənsin,
4.İslam Konfransı Təşkilatında Ermənistana dəstək verən İrana qarşı sankisyalar tətbiq olunsun.
5.ATƏT-in Minck Qrupunun fəaliyyəti dyandırılsın.
6.ABŞ-ın QAFQAZADA və Orta Doğuda strateji müttəfiqi olan Türkiyə və Azərbycan ABŞ-ın ikili standart siyasətinə cavab olaraq ABŞ-la münasibətlərinə yenidən baxsın.
7.Qərbi Azərbaycan Türklərinin Qərbi Azərbaycana (Ermənistana) qaytarılması məqsədilə tədbirlər planı həyata keçirilsin
a) Qərbi Azərbaycan Problemini beynəlxalq səviyyədə qaldırmaq

b) Qərbi Azərbaycanın Ermənilər tərəfindən etnik təmizləmə nəticəsində işğal edilməsi və burada Ermənistan dövlətinin qurulmasının tarixi kökləri və səbəbləri barədə akademik və ictimai müzakirələr başladılsın.

c) Qərbi Azərbaycan Türkləri təşkilatlansın və Qərbi Azərbaycana qayıdış hərərkatına başlansın.

1.AR daxilində (Qarabağda) ermənilərə hansı status veriləcəksə Qərbi Azərbaycan türklərinə də Ermənistan daxilində eyni status verilsin.


Qlobal inteqrasiya və Dialoq mərkəzinin prezidenti Yasemen Qaraqoyunlu
Bu xəbər oxucular tərəfindən 2029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed