Şrift:
Əhməd bəy Ağaoğlunun qızları Atatürk haqqında
06.04.2017 [10:49] - Xəbərlər, Türkün şanlı tarixi
Türkiyənin dövlət televiziyası TRT 1 arxivindəki nadir görüntüləri paylaşıb.

TRT Türkiyənin ictimai-siyasi, kültür həyatı ilə əlaqəli olduqca nadir, unudulmuş görüntülərə yenidən həyat qazandırıb.

TRT arxivində Azərbaycanla bağlı bir neçə video var. 1992-ci ildə keçirilmiş seçkilər, mərhum prezidentlərin çıxışları, Novruz şənlikləri və s. arxiv saytında yayımlanıb.

Arxivdə Azərbaycan tarixi üçün də önəmli olan iki görüntü var.

Onlardan biri Azərbaycanın və Türkiyənin tanınmış siyasət və fikir adamı Əhməd bəy Ağaoğlunun qızlarının görüntüləridir.

1973-cü ildə çəkilmiş, jurnalist Nazmi Kalın təqdimatında olan "Atatürkdən anılar" adlı proqramın 23-cü bölümündə qonaq qismində iştirak edən Sürəyya və Tezer Ağaoğlular Türkiyənin qurucusu Mustafa Kamal Atatürk haqqında xatirələrini danışırlar.

Ağaoğlu ailəsi ilə bağlı digər video isə Tezer Ağaoğlu (Taşkıran) haqqındadır. 1994-cü ildə çəkilən bu videoda Əhməd bəyin ən kiçik qızı Gültəkin Ağaoğlu, övladları Mete Taşkıran və Suna Güler onun haqqında danışırlar.


Dilqəm Əhməd





Əhməd bəy Ağaoğlunun qızları Atatürk haqqında
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed