Şrift:
Mübariz İbrahimov haqqında tamaşa hazırlanacaq.
22.04.2012 [16:03] - Siyasi partiyalar
MDHP Gənclər Təşkilatının təşəbbüs və təşkilatçılığı ilə “Şəhidlərə kəfən lazım deyil” pyesi tamaşaya qoyulacaq.

Bakı Dövlət Universitetinin dosenti, I Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədlinin “Şəhidlərə kəfən lazım deyil” pyesi tamaşaya qoyulacaq. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən əsər Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının yaratmış olduğu komissiya tərəfindən yüksək dəyərləndirilib və qısa zaman ərzində tamaşaya qoyulması ilə bağlı lazımı təşkilatı işlərin aparılması üçün göstərişlər verilib. Tamaşanın senari müəllifi gənc rejissor Röyal Cəbiyevdir.
Qəhrəmanın uşaqlıq illərindən – öz dostları, məktəb yoldaşları, valideynləri, müəllimləri, əsgər və zabit yoldaşları ilə dialoq üzərində qurulan əsərdə qəhrəmanın iç dünyagörüşü tam olaraq açılır. Onun Bütöv Azərbaycançı, türkçü düşüncəsi ayrı-ayrı fikirlərində və ona qarşı münasibətdə özünü açıq şəkildə göstərir. Əsərdə onu qəhrəmanlıq zirvəsinə yüksəldən və şanlı tariximizə yazımış həmin gecə geniş təsvir olunur.
MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənlininverdiyi məlumata görə, əsərin müxtəlif təhsil ocaqlarında (məktəb, universitet), o cümlədən ayrı-ayrı teatr salonlarında səhnələşdirilməsi nəzərdə tutulub.
Ötən gün Atamoğlan Məmmədli ilə görüş keçirən Seymur Həsənli və Hüseyn Günəşli bir sıra təşkilatçılıq işlərini müzakirə edərək gələcəkdə görüləcək işlərin proqramı ətrafında diskussiya aparmışlar.

Aysel Həsənli
Bu xəbər oxucular tərəfindən 1632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed