Şrift:
Türk ordusu İraqda yeni əməliyyata hazırlaşır
07.04.2017 [10:20] - Hərb
Türk ordusu Şimali İraqda PKK terror qruplaşmasının ikinci Qəndilə çevirdiyi Sincara qarşı yeni əməliyyat hazırlanır.

"Fərat Qalxanı" əməliyyatı başa çatdıqdan sonra türk ordusu "Dəclə Qalxanı" hərəkatı üçün Silopa hərbi texnika və əsgər yığır.

Çox yaxınlarda başlanacaq əməliyyat Başikada təlim keçirən qüvvələrlə birlikdə həyata keçiriləcək. Suriyanın bir çox ərazisinin İŞİD terrorçuları tərəfindən işğal edildiyini bəhanə edən PKK terrorçuları 2014-cü ilin avqust ayından Sincara yerləşib. Ankara dəfələrlə Bağdad və Ərbil hökumətini xəbərdar etsə də, heç bir nəticə əldə edilməyib. Şimali İraq Kürd Muxtariyyatının lideri Məsut Barzani də dəfələrlə PKK-nı Sincarı tərk etməyə çağırıb. Peşmərgə qüvvələri bu vaxta qədər terrorçulara qarşı hərəkət etməyib.

16 aprel tarixində Türkiyədə keçiriləcək referendumdan sonra start veriləcək "Dəclə Qalxanı" əməliyyatında ilk hədəf Zaho, Duhok və ətrafındakı PKK düşərgələridir. Sincarda isə terror qruplaşmasının 9 düşərgəsi var. Ölkə.az

N.S
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed