Şrift:
Gənc Tamaşaçılarda primyera
07.04.2017 [10:47] - Mədəniyyət
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Yarımçıq qalmış..." tamaşasının premyerası ictimaiyyət nümayəndələrinə təqdim olunub. Teatrdan bildirilib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin "Xəyalpərvər oğlan" əsəri əsasında hazırlanıb. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Bir hissəli psixoloji dramda əsas obrazları Əməkdar Artistlər Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov, İlqarə Tosova, Elgün Yəhyayev, Anar Seyfullayev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandırıblar.

Tamaşanı teatr xadimləri, Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti izləyiblər. Aprel döyüşlərində canlarından keçmiş qəhrəmanlarımızın şəhidlik zirvəsini fəth etdikdən sonrakı "həyatlarını" canlandıran səhnə əsəri tamaşaçıların göz yaşları və sürəkli alqışları ilə qarşılanıb.

Sonda 70 illik yubileyi tamam olan tamaşanın quruluşçu rejissoru Vaqif Əsədova teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu və gül dəstəsi təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed