Şrift:
“İran Global” saytında Azərbaycan Milli Hərəkat Təşkilatları və milli fəalların şüuruna hörmətsizlik...
07.04.2017 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son vaxtlar özünü yazıçı adlandıran bir şəxs paniranist “İran Global” saytında “Milli hərəkatda lumpenizm qışqırtısı” başlığı ilə bir yazı yayıb, yazıda Azərbaycan Milli Hərəkat fəalları açıq-aşkar casus və İran kəşfiyyat orqanlarının amili kimi göstərilib.

Bu şəxs Azərbaycan Milli Hərəkatının öncüllərini Kəşfiyyat məmurlarının ixtiyarında olmaqda günahlandıraraq Hərəkatın onlar tərəfindən idarə olunduğuna eyham vurub. O milli fəalların fəaliyyətini şübhə altına alıb, onların həbsə düşməsi və sürgün edilməsini mənasız və əhəmiyyətsiz mücadilə kimi qiymətləndirib.

“Müşahidələrimə görə deməliyəm ki, bizim heç bir kütləvi informasiya vasitəsi və fikir otağımız yoxdur, onu yaratmaq üçün hələ fürsətimiz olmayıb. Mövcud olan isə kəşfiyyat təşkilatlarının nəzarəti altındadır. Onlar bizə güclü və milli kütləvi informasiya vasitəsi yaratmaq üçün imkan vermir və vermiyəcəklər. Ona görə ki, bu mücadilə onların sistematik metodlarının kontrolundan çıxa bilər”- deyə “İran Global” saytında yayılan məlumatda qeyd olunub.

Özünü şair kimi qələmə verən şəxs fəaliyyət göstərməkdə olan təşkilatların sözcülərini hədəfə alaraq onları İran kəşfiyyatının amili və digər ölkələrin casusu kimi təqdim edib. “ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Hərəkatı kontrolda saxlamaq üçün öz məmurlarını Hərəkatın sahibi kimi göstərir. Xarici kəşfiyyat orqanları isə ən yaxşı halda bizi qurtarmaq naminə öz məmurlarını eyni sistematik metodlarla sözçü, lider və qəhrəman kimi bizə sırıyır”- deyə yazıda qeyd olunub.

İran parlamentində Türk Bölgələri Fraksiyası isə ETTELAAT-ın quraması kimi təqdim olunub.

Azərbaycan Milli Hərəkat fəalları və təşkilatlarını ağır ittihamlara məruz qoyan şəxs yazısının sonunda öz dəliliyindən söz açaraq qeyd edib ki, “təbii ki, dəli bir insan azaddır, lakin aqillər kəşfiyyat orqanlarına bağlı olur... .”

“Mənim dəliliyim pərdə arxasında olan sövdələşmələri pozur. Mən heç bir siyasi təşkilat və kəşfiyyat orqanlarına bağlı deyiləm. Hərəkatın sözcüsünə çevrilən kəşfiyyat orqanları məmurları isə bu dağıdıcı dəlilikdən əsəbləşiblər. Dəliliyim mənə deyir ki, sizin fraksiyanız, Hərəkatın bu günü və sabahı üçün bir qəbir kimi qazılıb. Dəliliyim mənə deyir ki, bu Hərəkatı kəşfiyyat orqanları məmurlarına tapşırmaq olmaz, onun müstəqilliyi və izzətini qorumaq lazımdır. Dəliliyim mənə deyir ki, lumpenizm, şarlatanizm, çirkin və iyrənc ədəbiyyat bizim Hərəkatdan təmizlənməlidir. Bəs sizin ağlınız bu barədə nələr deyir?”- deyə təhqir və böhtanla dolu yazıda qeyd olunub.

Milli fəalların şüuruna açıq şəkildə hörmətsizlik edilən yazıda çalışılıb ki, Azərbaycan Milli Hərəkatı kəşfiyyat orqanlarından asılı, mənasız və dəyərsiz bir cərəyan kimi göstərilsin.

“İran Global” saytında Milli Hərəkata qarşı yayılan yazıların görüntüsü:

“İran Global” saytında Azərbaycan Milli Hərəkat Təşkilatları və milli fəalların şüuruna hörmətsizlik...

“İran Global” saytında Azərbaycan Milli Hərəkat Təşkilatları və milli fəalların şüuruna hörmətsizlik...

“İran Global” saytında Azərbaycan Milli Hərəkat Təşkilatları və milli fəalların şüuruna hörmətsizlik...
Bu xəbər oxucular tərəfindən 144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed