Şrift:
Lavrov və Çavuşoğlu ABŞ-ın Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər
08.04.2017 [10:00] - Gündəm, Türk dünyası-Turan
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər.

Telefon danışığı Çavuşoğlunun təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müsbət qiymətləndirdiyini bildirib.

Bir sıra dövlətlər də ABŞ-a bu məsələdə öz dəstəyini bildirib. Bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Hüms aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed