Şrift:
Təbrizdə stadionda tutulan iki azərbaycanlı fəal sərbəst buraxılıb
08.04.2017 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 6-da Təbrizin “Bunyan-i Dizel” stadionunda tutulan iki azərbaycanlı milli-mədəni fəal bir neçə saat saxlandıqdan sonra səbəst buraxılıb.

Əkbər Muhaciri və Sədulla Mədəni təhlükəsizlik qüvvələri tərəfindən dindirildikdən sonra vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Təbrizin “Qostəreşe fulad” komandası ilə Tehranın “İstiqlal” takımı arasında keçirilən yarış zamanı saxlanılan fəalların nədə ittiham olunduqları hələ də məlum deyil.

Xatırladaq ki, Əkər Muhaciri bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzası ilə üzləşib və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed