Şrift:
Ülkücülər Qəhramanla görüşəcək
23.04.2012 [12:04] - Gənclik
Azərbaycan torpaqlarının azadlığı uğurunda gedən döyüşlərdə qəhramanlıq göstərən və dünyanın tanıdığı erməni terrorçu, Ermənistanın milli qəhrəmanı Monte Melkonyanı öldürərərək hər zaman adından söz etdirən xalqımızın qəhrəman oğlu, Azərbaycan bayraqlı İbad Hüseynov qardaş Türkiyəyə dəvət alıb.

İ.Hüseynovun verdiyi məlumata görə, Türkiyəyə onu İstanbul Ülkü Ocaqları dəvət edib və ülkücülərlə görüşü keçiriləcək. "Artıq İstanbuldayam və yüzlərlə ülkücünün iştirakı ilə geniş bir görüşə hazırlıqlar başlayıb. Bunu mən qardaş Türkiyədəki ülkücülərin Azərbaycana və xalqımıza olan sevgi və dərin hörmətinin təzahürü olaraq görürəm. Məni dəvət etdiklərinə görə də onlara dərin təşəkkürümü bildirirəm”.

"Veteninfo"
Bu xəbər oxucular tərəfindən 1824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed