Şrift:
“Neymar Jr’s Five” futbol turnirinə Lənkəranda start verilib
10.04.2017 [14:53] - İdman
Azərbaycanda ardıcıl ikinci il keçirilən “Neymar Jr’s Five” futbol turnirinə start verilib. Turnirin ilk seçim mərhələsi Lənkəranda başlayıb.

Yarışın 22 komandanın iştirak etdiyi Lənkəran mərhələsi maraqlı idman mübarizəsi ilə yadda qalıb. İlk seçim mərhələsinin qalibi “Viləş” komandasını məğlub edən “Lenko” kollektivi olub.

Komandanın üzvü Elvin Quluzadə qələbə barədə danışarkən deyib: “Finalda rəqibdən bir qədər çəkinirdik. Bununla belə qalib gəlməyi bacardıq. Bundan sonra özümüzü istənilən rəqiblə oyuna hazır sayırıq”.

Lənkəran turunun qalibi milli finalda – yekun mərhələdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən komandalarla üz-üzə gələcək.

Qeyd edək ki, futbol oynamağı sevən gənc oğlanlar və qızlar turnirdə iştirak edə bilərlər. İştirakçıların yaş həddi 18-25 olsa da, bu il ilk dəfə hər komandada 25 yaşdan yuxarı iki futbolçunun çıxış etməsinə icazə verilib. Ölkəmizdə seçim mərhələləri Lənkəranla yanaşı, Şəki, Gəncə, Quba və Bakı şəhərlərində keçiriləcək. Milli final isə mayın 6-da Bakıda təşkil olunacaq. Ümumilikdə yüzdən çox komandanın qatıldığı turnirin qalibi “Neymar Jr’s Five” yarışının dünya finalına vəsiqə qazanacaq. Dünya finalı Neymarın vətəni Praya-Qrandidəki “Instituto Projeto Neymar Jr” stadionunda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed