Şrift:
Bakıda Molla Pənah Vaqifə həsr olunmuş kitabın təqdimatı keçiriləcək
10.04.2017 [14:57] - Mədəniyyət
Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Molla Pənah Vaqif” kitabının və kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı keçiriləcək.

Kitabxanadan bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvi, Əməkdar Elm Xadimi Nizami Cəfərovun müəllifi olduğu kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib.

Sözügedən kitab Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed