Şrift:
Referendumla bağlı Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətinin TƏRKİBİ açıqlandı
10.04.2017 [15:06] - Siyasət
Aprelin 16-da Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyən olunub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin deputatı, işçi qrupunun üzvü Ağalar Vəliyev daxildir.

A.Təvəkküloğlu qeyd edib ki, bu məqsədlə nümayəndə heyəti aprelin 13-dən 17-nə qədər Ankarada səfərdə olacaq.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed