Şrift:
Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək
11.04.2017 [10:31] - Siyasət, Türk dünyası-Turan
İqtisadi əməkdaşlığa dair Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası may ayında Bakıda keçiriləcək.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata görə, prezident Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərindən sonra hökumətlərarası komissiyaya xüsusi tapşırıqlar verilib. N. Nazarbayev hər iki ölkənin ixrac və idxal modellərini, hər iki tərəf üçün maraqlı ola biləcək əmtəələri müəyyənləşdirməyi tapşırıb. O, hər iki ölkədə istehsal olunan malların xüsusi siyahısını nəzərdə tutan yol xəritəsinin hazırlanması barədə də tapşırıq verib.
Bundan əlavə Qazaxıstan taxılının Azərbaycana ixracının bərpası və Azərbaycan kənd təsərrüfat malların Qazaxıstana ixracı ilə bağlı ikitərəfli işçi qrupun yaradılması qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed