Şrift:
17 yaşlı binablı gəncin şeir kitabı nəşr olunub
11.04.2017 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Binab şəhəri sakini, 17 yaşlı Murtaza Rəhimpurun “Əhmədabad Mənzuməsi” adlı şeir kitabı nəşr olunub.

Bu barədə “Mehr” xəbər agentliyi müəllifə istinadən məlumat yayıb.

“Kitab Azərbaycan türkcəsində yazılıb və ustad Şəhriyarın “Heydər babaya salam” əsəri kimi ayrı düşdüyüm doğma kəndimə həsr olunub. Bir il müddətinə yazdığım kitabda kəndin xatirələri, gözəllikləri və oradakı böyüklərimizə işarə olunub. 80 səhifəlik kitab “beşlik” klassik şeir formasında və nəzirə kimi yazılıb”- deyə gənc şair bildirib.

Müəllif əlavə edib ki, kitabın dizaynı Əhməd Səmədpur tərəfindən hazırlanıb və xanım Pərisa Dadaşpur ona müqəddəmə yazıb.

“Əhmədabad mənzuməsi” kitabı “Parlaq qələm” nəşriyyatı tərəfindən çap olunub.

Murtaza Rəhimpur 2000-ci il aprelin 13-də Güney Azərbaycanın Binab şəhərində dünyaya göz açıb, o 6 yaşında təhsilə başlayıb. Uşaq yaşlarından şeir əzbərləməyə başlayan gənc şair sonralar ustad Kərimi, ustad Sales Binablı, ustad Yalçın Səhənd və Bəhram Sürgün kimi şairlərlə görüşüb və onların elmindən bəhrələnib. O gələcəkdə də yaradıcılıq fəliyyətini davam etdirəcəyini bildirir.

N.S
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed