Şrift:
ÖTÜKƏN VƏ KÜR ŞAD DASTANI
11.04.2017 [10:44] - Xəbərlər, Türkün şanlı tarixi
Ötükəndə ötən günlər nağılmış,
Xoşbaxt idik umudların içində.
Günəş ana Yerə şəfəq yayardı,
Əlçim -əlçim buludların içindən.

Bir dastan söyləyəlim, ünümüz türkün hüdudlarını dolaşsın deyə. Basıb sinəsinə yavru qopuzunu dəli ozan da Orhun çayının kənarında haraylasın ulu ruhları. Başında börkü, əynində kürkü, yanında boz qurdu səsi Selenqayı çatlatsın, Sarıca gölünü titrətsin, Ötükənə xəbər ürətsin.

Ulular “Nağıl dili yüyrək olar”- derlər ya, amma hüzurunuza ulaşdırdığım nə nağıldır, nə rəvayət. Böyük Türk xaqanlarının, Şadlarının boy verib göyərdiyi, Türk dövlətini quyratdığı bir eldən – Ötükəndən söz edicəm sizlərə. O elin qara baldır iyitlərindən, savaşından, barışından, dönüyündən, yeniyindən bağlama quracam, yığlayacam sizlərə öz mərəkəmdə .

Zaman vardı, Türkün oğulları bir vaxtlar dünyanın böyük bir hissəsinə, gördüyünüz Moğolustana, Sabiriyyəyə, Yaqutiyyəyə sahib idilər. Qara Ozan da həmin o tarixləri, o igidlərin göstərdiyi qəhrəmanlıqları yadımıza salırdı. Məclis, mərəkə göy Türklərin Mərəkəsi idi. Dünyanın hər yerində olan Türklər bir araya gəlmişdilər. İçərisində 15 yaşından yuxarı türk oğulları qızları da var idi. Çünki 15 yaşdan aşağı adsızdı Türkün balası. Elə ki, 15-ə çatdı hər kəs öz adını öz bacarığından yana qazanardı, ad alardı. Adsızların da məclisdə oturması adətdən deyildi. Elə ki məclis qurulardı, mərəkə qopardı, Qara Ozan da Ötükən və Kür Şad haqqında yaddaşında qalanları həm sazın, həm sözün dili ilə yığışanlara hayqırardı:

Bir dastan başladım Kür Şad adına,
Yücə Tanrım, yetiş mənim dadıma!
Salam olsun Kaqanıma, Şadıma,
Eşq dastanı gərəyim ol, gərəyim,
Yücə Tanrım, köməyim ol, köməyim…
Göy Türklərin baş kaqanı Çuluq xaqanı çinli qızı Katun zəhərləyib öldürüncə, onu qardaşı Bahadır Şad özünə xatun etdi. Çuluq kaqanın oğlanları Yaşar Təgin və Şu Təgin əmilərinin bu seçimindən çox pərt olsalar da artıq elin kaqanına qarşı çıxa bilməzdilər. Çünki xaqanın istəyinə qarşı getmək hər kim olursa ol ulus içində şərəfə qarşı sayılırdı. Bunun üçün mütləq qurultay çağrılmalı, tutarlı dəlillər ortaya qoyulmalıydı.
Öyləysə, yeni Kaqan Bahadır Şadı “Qara Kaqan” adlandırdılar. O da öz soyundan kökündən olan Yaşar Təginə “Tulu Xan”, Şu Təginə isə “Kür Şad” adı verdi. Elin Şad oğulları və onların yaxın dostları Qara Kaqanın özünə Katın (xatın) etdiyi çinli qızından çox narahat idilər. Bu məsələni gizlində müzakirə edib deyirdilər ki, atamızı , xanımızı zəhərləyən çinli Katın elimizə daha hangi bəlalar gətirəcək?.. Çinli Katın işvə – nazı ilə Kaqanın qəlbini ələ ala bilmişdi. Məqsədi də bu kaqanlığa öz qardaşını şərik etmək idi. Sonra isə Göy türklərin hakimiyyətini Çinlə birləşdirmək xəyalından da keçmişdi. Qara kaqanın isə bu hiylələrdən xəbəri yoxmuş. Görək Qara Ozan Qara Kaqanın bu əməlini qopuzla-sözlə necə söylədi:
… Qara Kaqan qara etdin baxtımı,
Niyə verdin Çin qızına taxtımı?
Bir də güldür Göy Türklərin baxtını,
Yügə ruhlar, dirəyim ol, dirəyim,
Ey Gök Tanrım, köməyim ol, köməyim!!!
Biz Göy türklər, ər doğulduq binadan,
Güc almışıq, Ana Yerdən, Səmadan,
Süd əmmişik boz qurdlardan , borüdən
Hara getsəkm, Ötükənə dönəyim,
Ey Gök Tanrım, köməyim ol, köməyim!!!

…Türklərdə belə bir adət var. İki türk bir-birinə ömürlük dost olmaq üçün biləklərini kəsib, qanlarını bir-birinə qatar və bundan sonra “Anda” və ya “Andlı” adını alarlar. Bu dostluqdan kimsə dönməz. Belə dostları ancaq ölüm ayıra bilərdi. Kür Şadın andlı dostu Bögü Alp Türk dövlətinin hakimiyyətinin, xalqının elinin, vətəninin başına gələcəkləri bilmək üçün uzaqlarda Baygöl gölünün yaxınlığında, Selenqa çayının aşağı axarında mağarada yaşayan şaman Kırac Atanın hüzuruna getmişdi. Kırac Ata oz mağarasından çıxıb onu qarşılayanda Kılrac Ataya üzünü tutub der:
Kırac Ata, ata hüzuruna gəlmişəm,
Söylə görüm, yücə ulus necoldu?
Ötükəndən əllərimi üzmüşəm,
O müqəddəs yücə qopus necoldu?


Kırac Ata ayıtır:
– Az keçməz ki, ulusun başından bir qəza keçər, Qara Kaqanı öldürmək istərsin, öldürmə, suça girmə. Onu dərd öldürəcək. Qara Ozan həmin sözləri qopuzun simlərində belə gəzdirdi:

Hey! Uzun illər keçəcək,
Aylar, fəsillər keçəcək,
Neçə nəsillər keçəcək,
Yenə növrağı dönəcək,
Türk bayrağı yüksələcək…

Qara buludlar dolacaq,
Bir yağışlı gün olacaq,
Çaylar daşıb sel olacaq,
Qırx bir igid diriləcək,
Türk bayrağı yüksələcək.

Başı lovlu Bögü Alp gəlib Ötükənə yetişdi. Elə bil rüzgarlar Kırac Atanın ağzından bu xəbəri almışdı. Bozkırların çöllərində, yurdlarında, dağlarında, dərələrində Qara Kaqan elinin günləri qara gəlmişdi. Bögü Alp Göyə baxdı, Kırac Atanın söylədiyi kimi Ayı ikiyə bölünən gördü. Ata söyləmişdi ki, Ay ikiyə bölünəndən sonra qıtlıq , aclıq başlar. Quraqlıq yayın arxasınca da sərt qış sovurmuşdu külünü göyə oymaqların. Aclıq da eli-obanı başına götürmüşdü. Ayı parçalanan görəndən sonra, Yer üstündə oturan insanlar lap təlatümə düşmüşdülər. Davul götürüb, şaman çağırıb, şeypur üfürüb göylərə asi düşdülər. Günün birində uzaq bir eldən soraq gəldi. Şamanların ən ahıllısı Ağ şamanın göndərməsində agah olub ki, Göy türkləri Göy Tanrının qəzəbi tutub. Bu qəzəb tam 9 il sürəcəkmiş. Aclıq eli-obanı əldən-dildən salmışdı. Qışdan yaza çıxa bilməyənlər elə çadırlardaca torpağa qarışırdılar. Sağ qalanlar Çin sərhəddinə, Çin bazarlarına üz tutmuşdular. Çinli tacirlərin də əlinə fürsət düşmüşdü. Türklərin bazara çıxardıqları nə var idisə, bahasından üç dəfə ucuz alıb, öz var-dövlətlərini artırırdılar. Alış-verişdən, tacirlikdən başı çıxmayan, daim at belində döyüşən, ov ovlayıb, quş quşlayan türkləri buna görə də alış-verişdə aldatmaq çox asan idi. Belə ağır durumdaykən çinlı Katun fürsətdən istifadə edib, çuğullarının vasitəsi ilə Çin xaqanına ismarış yollamışdı ki, Qara Kaqanı taxtdan salmağın vaxtıdır. Çünki bu neçə on illər ərzində çinlilər türklərə vergi ödəyir, izin olmadan, göydə bir quş da vura bilmirdidlər. Katunun töhdiyyəsindən xəbəri olmayan Qara Kaqan ordusunu toplayıb bir daha Kür Şadı və digər ərləri ilə çinlilərlə qanlı bir vuruşa başladılar… Türklərdən üz döndərən Göy Tanrı bu döyüşdə də onlara qalibiyyət vermədi. Kür Şad bir də ətrafına baxdı ki, qoşunundan tüm ərnlər yerlərdə al qanına qəltandı. Atları öldürülmüş, sağ qalanlardan da çoxu yaralı. Bir sağına, bir soluna baxıb haray çəkdi. Qara Ozan o harayı belə sözə çəkdi:

Ötükənin dəliləri,
Nooldu sizə,nooldu Sizə ?
Qırıb çatın çinliləri,
Nooldu Sizə, nooldu Sizə?

Hardasan ay dəliqanlım,
Sançarın sinəsi qanlı,
Tarkanımın qolu bağlı
Nooldu, nooldu Sizə?

Günün batan vaxtı idi,
Bəxtin yatan vaxtı idi.
Viran oldu taxtım indi
Nooldu Sizə, nooldu Sizə?

Çinlilərə əsir düşən Yamtar Kür Şadı atsız görəndə ürəyi köksündə qövr etdi, Kür Şad öz atını ağır yaralanmış Yumruya vermişdi ki, yolda əziyyət çəkməsin. Artıq döyüşü uduzmuşdular. Başda Qara Kaqan olmaqla çinlilər yerdə qalan göy türkləri əsir götürmüşdülər. Yamtar üzünü Kür Şada tutub dedi:

Heç üzülmə Kür Şad Təgin,
Əyilməsin qəd-qamətin.
Vaxtı yetər qiyamətin,
Qurtularıq bu zillətdən.
Qurtularıq müsibətdən.

Qanad açar atlarımız,
Bu möhnəti biz atlarız,
Qoy susmasın yavru qopuz,
Qoy oxusun bu həsrətdən.
Qurtularıq müsibətdən.

Ötükənin ağır günləri başlamışdı. Kür Şadın, Çuluq kaqanın, Alp Ər Təginin yurdunda yalquzaqlar ulaşırdı. Selenqa çayı susqu içindəydi. Hanuy dərəsi qəmə qərq olmuşdu. Duman bulud başından əysilmirdi. Orhun çayı bir dəfə nəhrindən çıxıb, dərəni-təpəni aşmışdı. Çaylar da, daşlar da, çaydakı balıqlar da türkün nəfəsini yadırğamışdı. 15 gündən bir çıxan Ay bu yerlərdə gecələməyə, gəzməyə utanırdı. Çox vaxt buludların arxasından boy vermirdi. Qara Ozan Ötükəni belə yığladı:

Ötükəndə sərt ruzgarlar əsirdi,
Şaxta burda ilikləri kəsirdi.
Canavarlar dağ döşündə gəzirdi
Axtarırdı türk elini ay haray,
Viran oldu elim-obam ay haray!

Ulayırdı Ay üzünə Görk börü,
Sönməyirdi ocaq yeri , qurd yeri.
Ağlaşırdı çəmən, otlaq, yurd yeri,
Çağırırdı türk elini ay haray,
Kimsəsizdi Ötükənim ay haray.
Haray naşı əlindən,
Tökməz daşı əlindən.
Yastıq şikyət eylər,
Gözüm yaşı əlindən.

Acılar dolu 9 il sovuşdu aradan. Qara Kaqanın qədəri təpəri olmadı, bağrı çatladı haqqa qovuşdu. . Onun nəşini yandırıb, Pa çayının bir sahilində basdırandan sonra Kür Şad çinlilərin yağmaladığı, tutsaq elədiyi ellərə ismarıc yolladı ki, haydı, toplanmaq vaxtı yetişdi. Bir himə bənd türk ərənləri haraya qoşdular, gəlib Kur Şadın hüzuruna təzim etdilər.

Yığışıb yetişdi bəylər,
Kür Şada təzim etdilər.
Enli kürək Yamtar gəldi,
Div qamətli Kutluk ərdi.
Onbaşı Əmən baş əydi,
Yüzbaşı Uç Oğul nərdi,
Minbaşı Alpın yox dərdi,
Kur Şad ona xəbər verdi:
Dedi ki, qərarım birdi:
Düz 9 il keşdi, bəylər,
Səbr kasam daşdı, bəylər.
Ay igidlər, ay ərənlər,
Vətən bizdən aman istər!
Bu söhbəti Göy Börü də eşidirdi. Gözlərini çinlilərlə döyüşlərdə itirmişdi. Onu kor edən Çinli Can Çunqun surətini Tanrı yaddaşına əbədi həkk eləmişdi. Lakin qollarının qüvvəti getməmişdi. Bir türk oğlu qisasını almadan gücünü heç qayb etməz. O da bu acıyla içində qıvrım qıvarcaq idi. Göy Börü yığıncaqdan çıxar-çıxmaz evinə yol aldı, əllərini açıb Göy Tanrıdan dilədi görək, nə dilədi:

Anam-atam, yücə Tanrı,
Ulusum dutsağ olmasın.
Gözlərimə işıq gətir,
Qisasım yerdə qalmasın.

Yarımı aldın əlimdən,
İşığımı gözlərimdən,
Mənə nur ver bir gün, bir dəm,
Qisas yağıda qalmasın.

Mən hər şeydən vaz keçmişəm,
Əcəl şərbətin içmişəm.
Canımı qurban demişəm,
Qisasım yerdə qalmasın.

Nə göyləri görər olum,
Saralım yapraq tək solum.
Çınqıl olum, torpaq olum,
Qisasım yerdə qalmasın.

Ocağımı söndür, Tanrım!
Döyüşlərdə güldür, Tanrım!
Oğlumu da öldür, Tanrım!
Qisasım yerdə qalmasın.

Oğlumu göstərmə mənə,
Yolumu göstərmə mənə,
Göy çəməni, ağ buludu,
Heç nəyi göstərmə mənə
Təkcə düşmənimə yönəlt,
Qisasım yerdə qalmasın.

Sən son dəfə güc ver mənə,
Kin ver mənə, öc ver mənə.
Bir əbədi heç ver mənə,
Qisasım yerdə qalmasın.

Göy Börü gecə sübhədək qurd kimi uladı, Tanrıyla bütün ruhuyla danışdı. Sübhə yaxın 9 il yaş gəlməyən gözlərindən yaş gəldi. Yamtar kənardan onu seyr edirdi. Göy Börü sevinərək öz-özünə deyirdi: Şükür Tanrım, mən işığı görürəm. Yamtar bilirdi ki, onun oyulmuş gözlərinə işıq gələn deyil. Göy Börünün gördüyü qəlbinin, ruhunun işığıdır.
Qara Ozan Göy Börünün halını ərz edəndən sonra, Kür Şadın 40 əsgərlik Ordusundan danışdı. Oların döyüş hazırlıığını təsvir edərək dedi: Çinlilərin əsarətində olan əsgərlərin az yaşlı oğlanları da böyüyüb, artıq ox atmağı, qurşağ tutub güləşməyi, at minməyi, ov etməyi öyrənmişlər. Həmin ərlərin oğulları ilə birlikdə Çin sarayına 41 nəfər hücum edəcəkdi.
Gözlənilən o böyük gecə gəlib çatmışdı. Kür Şad töhdüsünü tökdü, qurdusnu qurdu hücuma əmir verdi.

–Minbaşı Bögü Alp?
–Burda!
–Yuzbaşı Yamtar?
–Burda!
–Yuzbaşı Yağmur?
–Burda!
–Yuzbaşı Uç Oğul?
–Burda!
–Onbaşı Göy Börü?
–Burda!
–Onbaşı Ay Kutluq?
–Burda!
–Onbaşı Əmən?
–Burda!
–Onbaşı Göydaş?
–Burda!
–Onbaşı Barmaqlak?
–Burda!
–Onbaşı Qızıl Buğa?
–Burda!
–Onbaşı Çığay Budaq?
–Burda!
–Onbaşı Tanrivermiş?
–Burda!
–Yumru?
–Burda!
–İl Qaya?
–Burda!
–Çağrı?
–Burda!
– Ərbuz?
–Burda!
–Turumtay?
–Burda!
–Toluk Tügə?
–Burda!
–Alp Ay?
Burda!……
Kür Şada 40 arxadaşının hamısı hay verdi! Qırx kişi qılınclarını çəkib and içdilər:

Biz bu yoldan dönər olsaq ,
Bu yol bizə qənim olsun!
Döyşməsək boz qurd kimi,
Tanrı bizə qənim olsun!

Göy türklərik, biz qırxlarıq,
Görk börülər, boz qurdlarıq,
Şimşək kimi gurlamasaq,
Göylər bizə qənim olsun!

Göylər uğurlamamış uğur qapını tanımaz. Qara Ozan da söz söyləyib, boy boylayıb o mtləbə gəldi ki, Tanrının yazdığı vaxt, məqam yetişib. Göy Tanrısı qələbəni hər zaman yazmaz. Başda Kür Şad olmaqla 40 arxadaş Çin sarayına hücum etdilər. Qanlı bir döyüş başladı. Onların məqsədi Çin kaqanı Tay Tsunqu əsir götürmək idi. Kur Şadın əsgərlərinin 17-si ilk döyüşdə 300-ə qədər çinlini yerə sərdilər. Qanlı döyüşdə, Göy Börü iki oğlu ilə həlak oldu. Ölməzdən öncə Göy Börü sonuncu nəfəsində qarşısından keçən çin komandanı Çan Çunqla qarşılaşır. Bu onun gözünü çıxaran Çan Çunq idi. Bıçağını çıxarıb, Çan Çunqun boğazından yapışmış, əlləri ilə gözünün yerini tapıb əlindəki bıçaqla göznü oymuşdu. Bu zaman digər çinli qan içində son nəfəsini verən Göy Börünün başına qılıncını endirib, iki yerə parçaladı. Göy Börünün ağ saçları çiyinlərindən tökülüb qana boyandı. Amma Tanrı Göy Börünü son arzusuna çatdırmışdı, öcün almadan canını tapşırmadı.
Döyüş get-gedə qızışırdı. Çinlilər kaqan sarayında üsyan oldu deyə dörd tərəfə haray salmışdılar. Göy türklər xəbərin belə tez yayılmasını gözləmirdilər. Onlar döyüş işini çox sərrast bildiklərindən, özlərinə çox arxayın idilər. Bu əsgərlərin hamısı həm yaxşı qalxan tuta bilir, həm də sadaxlarındakı oxlarla bir nəfər əvəzinə iki çinlini birdən nişanlayıb həmən nəfəslərini kəsirdilər. Çinlilərin isə ardı-arası kəsilmirdi. Yıxıldıqca, başqaları gəlir, göbələk kimi bitirdilər, çoxalırdılar. Kür Şad boş vaxtlraında xan sarayına gələndə mehtərlərin birindən burada atların saxlandığı axurda gizli yol olduğunu öyrənmişdi . Döyüş qızğınlaşanda, 4 əsgərini mehtərlər oturan yerə göndərmişdi. Onlar mehtərlərin işini bitirmişdi. Kur Şad döyüş mövqeyini dəyişib, əsgərlərinə at ilxılarının saxlandılğı yerdən çıxmağı məsləhət gördü. Yanında daim onu gözləyən Yamtar son məqamda Kur Şad üçün də yol açdı, onlar atlarını üzü Ötükənə tərəf çapdılar. Nə iş idisə, nə oldusa, birdən o gecə hava döndü. Ggöylərdə qəzəbli şimşəklər çaxmağa başladı. Bir tufan qopdu ki, gəl görəsən. Yağış leysan kimi yağırdı. Bir neçə dəqiqənin içərisində Vey çayı dolub daşdı. Kur Şad və yanında olan Barmaqlak, Çobayıkmış ən yaxşı üzməyi bacaran idilər. Onlar çayı vurub keçmək istəsələr də, dolub daşan çay iki bahaduru da öz ağuşuna aldı, bir anın içərisində onları əjdaha kimi uddu.

O gecə bu yerdə bir tufan əsdi
Yağış yağdı, Qırxın qabağın kəsdi.
Yamtar göyə dedi: Ey Tanrı bəsdi,
Yol ver bizə, yol ver, Vey çayın keçək!
Dəryalardan keçib, yurda yetişək.

İşi belə görən Bögü Alp Qara Ozana dedi ki, düşmənlər onların arxası ilə çapırlar. Onları yubatmaq lazımdır. Qara Ozan çin zabitlərinin qoşununu azdırmaq, onları bu arada çay sahilinə geçikdirmək üçün, qopuzunu əlinə alıb, bir təpənin üstündə oturdu, ürəyi qan ağlasa da, leysan yağışın altında, qopuzu çalıb nəğmə oxmağa başladı.Çinli döyüşçülər onun belə oxumağına əvvəlcə məttəl qaldılar. Elə bildilər ki, bir dəli və ya sərsəridir. Qara Ozan oxuyurdu, Tanrıdan aman diləyirdi:

Çinli dayan bu yerlərdə,
Yoxmudur heç mürvət səndə
Əlini çək Göy türklərdən,
Kür Şad çayı vurub keçsin.

40 əsgərlə çıxıb yola,
Tanrım qoymaz qalsın yolda.
Çay boyanıb qızıl qana,
Kur Şad Veyi vurub keçsin.

Boz qurd bizim nişanımız
Ötükəndir ünvanımız.
Qan ağlayır göylərimiz
Kur Şad çayı vurub keçsin.

Sonra zabitlərdən biri baxıb gördü ki, Qara Ozanın üz-gözündə çapıq yeri, paltarında qan ləkəsi var. Anladılar ki, döyüşçüdür. Qılıncını çıxarıb Qara Ozanı vurmaq istəyəndə, Ozan yağışın altında islanmış, simləri kökdən düşmüş qopuzunu çinli zabitin başına çırpdı. Çinli zabit yernən bir oldu…. Bunu belə görən kənardakı bir çin əsgəri cəld hərəkətlə Qara Ozanın başını bədənindən üzdü. Kür Şada çatmaq istəyən çinliləri yoldan edən, ləngidən o Qara Ozanın Göy tanrının yanında olan ruhunun hayqırtılarını soy-kökü yaşadan bu günkü Qara Ozan belə söylədi:

Yücə Tanrım, qoca Tanrım,
Qopuzu məndən ayırma.
7 simim nalə çəkər,
Simləri təndən ayırma.

Mən söz qoşub boy boyladım,
İgidləri hayladım.
Qara Ozandır soy- adım,
Məni Vətəndən ayırma.

Tanrı yol ver Kur Şad çatsın Vətənə,
Niyə saldın Göy Türkləri çətinə.
Yol vermədin Qırxlar yetsin Vətənə,
Agah eylə bu qəzəbin nədəndir?

Çayı vurub keçmək istəyən 12 igidin çoxsunu çay ağuşuna alıb apardı. İgidlər neylədilərsə, sular onlardan güclü çıxdı. Bilmədilər ki, Tanrının bu gecəki qəzəbi nədəndir? Bəlkə yola tez çıxmışdılar? Ancaq Bögü Alp Kırac Atanın dedidiyini xatırlayırdı: “Yağışlı bir gündə çay sahilində 40 əsgər döyüşəcəksiniz. Ondan sonra Göy Türkün bayrağı ucalacaq. 1300 ildən sonra daha da uca olacaq”. Kırac Atanın bütün dedikləri olmuşdu. Bəs çayı niyə keçmədilər?

Kür Şad baxdı ki, çinli əsgərlər yaxınlaşır. Amma zaman döyüş zamanı idi. Bögü Alpla yenə döyüş meydanına atıldı. Hər iki ər qılınclarını oynadır, gah da sadaxından ox götürüb, qarşısındakıları düşmənlərin ikisini bir oxa vururdular. Çox idilər… Ancaq ər meydanında tək qalan iki döyüşçünün əzmindən çin əsgərləri də çaşmışdılar. Ordunun baş zabitlərindən biri ox yaraları aımış Bögü Alpın qılınc tutan sağ əlini vurub yanına saldı. Sol qolu ilə tutduğu qalxanı çinlinin başına keçirdi. Lakin artıq gec idi. Bu qarışıq məqamdan istifadə edən digər çinli də əlindəki qılıncla Bögü Alpın kürəyindən iki yerə böldü. İki anda döyüş meydanında son nəfəslərini verirdilər. Bögü Alpın cansız bədəninə baxdı. Üzündə gözəl bir təbəssüm var idi. Tanrı Kür Şada elə bir güc , elə bir qüvvət vermişdi ki, gücü azalmırdı. Bədəni atılan oxlardan deşik- deşik idi. Atının üstündə şax oturmuşdu. Ətrafında yüzdən çox çin əsgərinin meyidi sərilmişdi, leş-leş üstə, baş-baş üstə yığılmışdı. Bu davanı əsirlikdən xilas olmaq üçün 41 türk əri başlamışdı. Ölən və yaralananların qanı yağan yağışın sularına, torpağın palçığına qarışmışdı. Kur Şad təslim olmaq bilmirdi. O qan içində, kin içində vuruşurdu. Onun qılıncının səsindən buludlar da dayanmışdı, ulduzların da nəfəsi kəsilmişdi. Hamısı bu ər savaşını seyr dirdilər. Kür Şada əyan olmuşdu ki, bu döyüşdən sonra, Tanrının hökmü dəyişəcək. Ötükəndə Göy Türklərin başı üstündə taxtı tacında boz qurdun əksi olan bayrağı dalğalanacaq. Qara Ozan Kür Şadın dötüş meydanındakı son halını belə anlatdı:

Ər meydanında tək Kür Şad,
Tanrıya bərabər Kür Şad.
Qana boyandı Yer Kür Şad
Kür Şad gəl çıx bu meydandan,
Meydan dolub daşdı qanla.

Uç Oğul meydanda qaldı,
Göy Börü qisasın aldı.
Ötükənə yol açıqdı,
Kür Şad gəl çıx bu meydandan,
Meydan dolub daşdı qanla.

Kur Şad meydandan çıxardımı? Türk oğlanlarını anaları ər meydanına, döpyüş meydanına göndərəndə deyirlər ki, kürəyindən yaralansan, geri dönmə. Döyüş meydanında sona qədər ər kimi vuruşmalı idi. Lakin atılan nizə və ox yaralarından süzülən qanlar onu taqətdən salmağa başladı. Yavaş-yavaş sifəti də ayazıyırdı. Elə bu zaman bir Çin zabiti özünü çatdırıb, Kür Şadın başını bədənindən ayırdı. Müqəddəs Qopuzla bu olayı belə yığladılar.

Zalım çinli atdı oxun Kür Şada,
Vurub sinəsini boyadı qana.
Kür Şad bir də baxdı qanlı meydana,
Şadı Göy Börüdən aralı gördü.

Başsız bədəniylə meydan oxudu,
Çinlilərin ürəyində qorxudu,
Ətrafında daha dostlar yox idi,
Ruhları göylərdə yaralı gördü.

Kür Şad başsız qoyma Göy türk elini,
Sən bilirdin o ərlərin dilini,
İndi ki gedirsən, söylə yerini,
Elimi elimdən aralı gördüm.

Ozanın naləsi Kür Şada yetişmişdi. Kür Şadın başsız bədəni atının üstündə şax oturmuşdu. At büdrəmədən sədaqətlə şadının başsız bədəninə də yiyə durmuşdu. Türkün atı onu darda qoymaz. Birdən at bir kişnərti və nərilti vurub ortalıqdan götürüldü. Elə bil ki, qanad çalıb göyə uçacaqdı. Göydə şimşəklər titrədi, ildırımlar çaxdı yenə. Və birdən birə göy üzünə gözəl bir işıq yayıldı. Göy Tanrı Kür Şadın ruhunu yanına apardı. Kur Şadın əlində yerdən göyə ucalan qurdbşalı bir bayraq var idi. Yarasından qanlar axan bu xəyalət Kür Şad idi. Bir əli ilə bayrağı yüksəklərə qaldırıb, o biri əli ilə dumanlı vadidə yanan ruhlara işarə verib, “Qalxın” deyə hayqırdı. 40 şəhid birdən ayağa qalxdı. Kur Şad əli ilə Cənub tərəfi göstərib, “Oraya, Tanrı dağına gəlin”- deyib, qeyb oldu. Həmin ruhlar bir ilğım kimi hamısı Tanrı dağına doğru uçmağa başladılar.

Kür Şad uçub getdi Tanrı dağına,
40 əsgəri keşik çəkir yanında.
Dayanıbdı babalrın önündə,
Alp Ər Tunga onu imtahan eylər.

Deyər görüşünə gəlibdi bəylər,
Xaqanlar bu gecə toy bayram eylər.
Uçmaqa yığılan ruhlar sevinər,
Qırx bir igid ilə əhd-peyman eylər.

İndi ki, gəlmisiz tininiz kutlu,
Sizi gözləyirdik hamımız mutlu.
Əldə bayrağımız naxışı qurddu.
Düşmənlər görüncə bağrın qan eylər.

Küləklər elədən elə, belədən belə getdi. Tanrı dağından Ötükənə xəbər apardı ki, Göy Türkün məqamına az qalıb. 40 il keçər, Kurşadın oğlu 40 xaqanla birlikdə yeni xaqanlıq qurar. Zaman üçün 40 il bir andır.

Sizə kimdən deyək, Çin kaqanından. Kür Şadın ərlərinin saraya hücumudan sonra Çin kaqanı Tay Tsunq başını itirmişdi. Bu nə hal idi, bu nə hücum idi… Bəs əgər, Kür Şad oğulları qapını sındırıb içəri girib onu əsir aparsaydılar… O zaman bütün Türklər yenə birlik qazanıb, Çinin üzərinə gələcəkdi… Bu dəfə ucuz atlatmışdı. Ancaq daha qorxusundan Siqanfu sarayındakı eyvanına da çıxmırdı. Çuluqçularını, xəfiyyələrini göndərib türklər yaşayan bütün məhəllələri ələk vələk etdi ki, Kür Şadın ailəsini tapsın. Lakin Kurşad təzə ayaq açan oğlu ilə xanımını iki gün əvvəl şəhərdən çıxarmışdı. Qızını isə bəylərbəyinə etibar etmişdi. Uşağı doğmaları ilə birlikdə tapdılar. Kür Şadın kəsilmiş başını gətirib 11 yaşlı qızcığaza göstərəndə, “Yurd və şərəf üçün” deyib, başını dik saxladı. Gözünü yummadan düşmənin gözünün içinə baxdı. Bunu görən Tay Tsunq qışqırdı: sinəsinə nizələr vurulsun, qanı yerə tökülsün. Türk adətlərinə görə, şadların, kaqanların qanını yerı tökmək günah sayılırdı. Çin kaqanı acığını 11 yaşlı qızcığazdan çıxacaqdı. Əvvəl qızın sağındakı böyük dədənin, sonra isə solundakı dədənin sinəsini nişan aldılar. Qızcığazın sinəsinə isə 4 ox sancıldı. Qız əyilmədi, şax budaq kimi üzü üstə yerə sərildi. Yerə sərildi ki, düşmənlər onun pak üzünü ölüm anında görməsinlər. Kür Şadın Tanrı dağında dolaşan ruhuna əyan oldu balasının ölümü. Görək Tanrı dağında olan Kür Şad balasını necə qarşıladı. Qara Ozan belə söylədi:

Əcəb єirin yuxudadır,
Qızım indi, qızım indi.
Anasını soraqlayır,
Körpəm indi, körpəm indi!!!

Vətəni gцrməyə gəlib,
Bayraрэn цpməyə gəlib,
Torpaрa dцnməyə gəlib,
Qızım indi,qızım indi!!!

Anam, babamı gцrəcək,
Xaqanlarla gцrьєəcək,
Gцr kimlərlə ьzləєəcək,
Qızım indi, qızım indi.

Mələklər əlin цpəcək,
Pərilər nazэn зəkəcək,
Huri kimi bəzənəcək
Qızım indi, qızım indi!!!


Zamanın ayağı yüyrək olar. Zaman əziyyət çəkməz. Onun içərisində yaşayanlar öz zamanını yaşamaq üçün ya əziyyət çəkərlər, ya da yaranışdan mutlu doğularlar. Kür Şad igidlərinin inqilabından 40 il keçmişdi. Çinlə həmsərhəd olan ittifaqda olan və olmayan xanlıqlar Çinin 40 il bundan əvvəlki məğlubiyyətini unutmamışdılar. 41 əsgərin döyüşü tarixə qəhrəmanlıq dastanı kimi yazılmışdı. Bu səbəbdən də çin kaqanları Ven-Yen Po və Tay Tsunq türk oba və ellərini, döyüşçülərini bir-birinə qırdırmaq üçün tələlər qururdular. Onalar öz xəbisliklərini həyata keçirmək üçün yollar axtararkən, sonsuz düzənliklərin birində tənha təpəciyin ətəyində dörd ağ türk çadırı görünürdü. Təxminən 35- 40 yaşlarındakı bir kişi çadırdan çıxıb tez-tez uzaqlara baxırdı… Bir az keçmış çadırın bir küncündə uzanan yaşlı qadının səsi yenə gəldi:
–Oğul atlılar görünmədi ki?
— Xeyr ana! Amma , gələcəklər, onlar heç boş qayıtmazlar…
İxtiyar qoca qadın gücünü toplayıb, başı altındakı mütəkkəyə dirsəkləndi. Dedi:
— Oğul yaxına gəl. Sən deyəcəklərim var.

İçimdə bir soyuq gəzir,
Bir sirr varlığımı əzir.
Neçə yerdə olduq əsir,
Dinib danışa bilmədim,
Sirri kimsəyə demədim.

Ruhu göylərdə qırxların,
Nigaran qalan ruhların.
İstədiyin nağılları —
Sənə danışa bilmədim,
Sirri kimsəyə demədim.

Heç demədin Kür Şad hanı?
Göy Türklərin Göy xaqanı.
Oğul sən atanı tanı,
Damarında Kür Şad qanı,
Türk ellərinin xaqanı.

Sənə vardır sözüm oğlum,
Səni qərib Çində doğdum,
Həsrəti içimdə boğdum.
İndi danışa bilərəm,
Sirrimi açıb deyərəm.

Mən adını unutmuşam,
Eşq oduna qovrulmuşam,
Kür Şadıma qovuşuram
Ay oğul atanı tanı,
Türk ellərinin xaqanı.

O qurd ürəkli ər idi,
Düşmənlərə sipər idi.
Sinəsini sipər etdi,
Türk ellərinin xaqanı,
Oğul onu yaxşı tanı.

Bizim Vətən Ötükəndir
Hər tərəfi gül, çəməndir.
Yayı , qışı da gülşəndir,
Göy Türklərimin vətəni,
Getməsən dumandı, çəndi.

Eşitdiyi xəbərdən Urunqunun dili-dodağı qurudu. Anasının başını sinəsinə sıxdı, elə bildi ki, sayaqlayır. Dedi: “Ana, indicə kımız gətirəcəklər, içib özünə gələrsən. Bu halın keçib gedər…”.
Ana oğlunun sözünü kəsdi:
–Oğul, mən sayıqlamıram. Ağlım başımdadır. Nə sənin adın Urunqu deyil, nə də oz adımı xatırlamıram. Sənin adını ona görə unutdunm ki, düşmən bilib, səni məhv edər. Öz adımı da unutdum ki, səni yaşadım. Əgər düşmən bilsəydi ki, sən Kür Şadın oğlusan, səni sağ qoymazdı.
Urunqunun qaşları çatıldı. Belə olanda atası Kür Şadın zəhimli vaxtlarını xatırladırdı:
–Ana, mən bu qədər pis oğul idim ki, adımı unutdurdun?
— Yox oğul! Sən çox yaxşı oğul oldun. Atan kimi güclü və cəsarətli böyüdün. Bütün döyüş dərslərini yaxşı öyrəndin. Səni böyütməkçün öz adımı da, sənin adını da unutdum. Təkcə Kür Şadın adını unutmadım. Onu unutduğum gün ölməliydim. Belindəki bıçaq Bozuqrd soyunun tilsimli bıçağıdır . Bumun Kaqandan qalıb. Bıçağın sapının üstündə Bumun Kaqanın adı və damğası həkk olunub. O yazı hər vaxt görünməz. Ancaq Günəş doğarkən və batarkən görünər. O yazılar və tamğa türklərin bəxti yüksəldiyi zaman işıl-işıl parlayacaq.


İndi ayrılıq vaxtıdır,
Gəl hallaşaq ay oğul.
Bu dünyadan köçər oldum,
Gəl sağollaşaq ay oğul.

Mən könlümü Ötükəndə
Kür Şada verib gəlmişəm.
Selenqanın sahilində
Ruhumu qoyub gəlmişəm.

Kür Şadı Tanrı dağında
Tanrım əmanət saxlayır.
Uçub gedirəm yanına,
Daha ürəyim darıxır.
İndi ayrılıq vaxtıdır,
Gəl hallaşaq ay oğul.
Mən dünyadan köçər oldum,
Gəl vidalaşaq ay oğul.

–Oğul, mütləq Ötükənə get. Ötükənə çatmasan mənim hansı eşqlə yaşadığımı bilməyəcəksən. Oranın havası , dadı başqadır.

Vətənin havası , dadı başqadır,
Çiçəyi başqadır, odu başqadır.
Şirin bulaqların suyu bal dadır,
Vətən oğlu Ötükənə dön, Ötükənə.

Bəzəyi düzəyi vurub hüsnünə,
Dağları bələnib onun çiskinə,
Heç kimi salmasın fələk sürgünə,
Əziz balam Öütkənə dön, Öütkənə.

Payız gözəlliyi vurub hər yeri,
Çəmənləri xalça edib , gəl yeri.
Qayalar dön deyir, dağlar gəl deyir,
Vətən oğlu Ötükənə dön, Ötükənə.

Hər daşı müəmma, tarixi qədim,
Onu anam bildim, gərəyim bildim.
Əziz oğlum, Vətənə dön, Vətənə.

O Vətən bizimdir izimiz qalıb,
Onun yaddaşında sözümüz qalıb.
Getmişik Vətəndə gözümüz qalıb,
Vətən oğlu Ötükənə dön,Ötükənə.

Ana öz adını oğluna söyləmədən gözlərini yumdu. Əbədiyyətə getdi. Küləklər ruhunu tanrı dağına apardı. Orada onu xaqanlar, xanlar gözləyirdi. Yerdə başına gələnləri Kür Şada, 11 yaşlı qızına söyləyəcəkdi. Qızının ana sığalından mərhum saçlarını hörəcək, yanaqlarından öpəcəkdi.
Qara Ozan bir döyüş çəngisi çalıb, dastanı davam etdirdi:
— Kımız dalınca gedən atlıların hərəsi bir cimcaq dolu kımız gətirmişdilər. Lakin gec idi. Ana kımız içmədən gözlərini yummuşdu.
… Bozqır səhraları insan gözü ilə baxanda bəlkə də adi günlərini yaşayırdı. Çiçəklər vaxtlı vaxtında açır, yağışlar öz vaxtındsa yağır, qar vaxtı gələndə dünyanı ağ rəngə boyayırdı. Uurunqu yanındakı dostları ilə belə qərara gəlmişdi ki, qarlar əriməyə başlayan kimi, üzü Ötükənə getmək vaxtı idi. Çünki onlara yol üstündən gəlib gedən çaparlar xəbər gətirmişdi ki, Kutluq kaqan, Tonyukük Bozqurdların bayraqını öz çadırlarının üstündən dalğalandırıblar. Özü də ki, Ötükəndə qərar tutublar. Ötükən adı gələndə, Urunqunun bədəni titrəyir, damarında axan Kür Şad qanı coşurdu.

Sorağı yayılıb türk ellərinə,
Nəğmə olub igidlərin dilinə.
Çalınar qopuzlar yenə elimdə,
Düşmən gəlsə həmən bağrın qan eylər.

Görk börü hayqırıb ulayar o gün,
Səsini eşidə bəlkə Kül Təgin,
Ürəyi titrədi xan Tonyukükün,
Gəlib çinlilərə min divan eylər.

Yaz gəlib ,qarın altından bənövşə və novruzgülülər görünəndə, Urunqu 4 yurdda olan dostlarını başına yığdı. Dedi ki, oğlu Tacımı da bu yerlərə əmanət qoyub Ötükənə gedir. Çox keçməz ki, bir xoş xəbər göndərər. Elə bu vaxt, dostu Börünün qızı Almila közdə bişən çeyran ətindən yeyə-yeyə, Urunqunun yanına gəlib, baba, Ana bizə bir dəfə demişdi ki, Türkləri Tanrı tamğa ilə yaratdı. Nədir o Tamğa, denən biz də bilək. Urunqu fikrə getdi. Oğlu Tacım dünyaya gələndə, türk elinin gözəl qızı gəlini Almila ağır şəriatə dözməyib qışın soyuğundan çıxa bilməmişdi. Tacamı da Ana böyütmüşdü. O zaman Ana Tacamın belindəki göy rəngi Urunquya göstərib dedmişdi. Unutmayın türk olduğunuzu, Tanrı Sizi dünyaya hökmran yaradıb:

Tanrım yaradanda tamğasın vurdu,
Boz kırlarda Göy türklərin belinə.
Eylədi onları külli ixtiyar,
Səpələdi dünyaya, türk elinə.

O Göy rəngdir tanıdan Türk oğlunu,
Göydən Yerə əmanətdir, nişandır.
O Göy rəngdir yaşadan türk elini,
Həm qızında ,həm oğlunda nişandır.

Həmin gecə bozkır səhralarında ovladıqları çöl heyvanlarından yeyib, kımızdan içəndən sonra, Urunqu dostları və buradakı əmanətləri ilə vidalaşıb, tək tənha yola düzəldi.
Geniş səhralar, yamaclara baxırdı, yorulanda, keçəsinə bürünüb yatardı. Bir gecə anası yuxusuna gəldi, elə xoşbəxt, elə şad görünürdü. Yanında əlində qılınc, qollunda qalxan və nizə olan bir kişi dayanmışdı. Bilmədi ki,özüdür, ya atası Kür Şaddır. Birdən bir mahnı eşiitdi:

Yağan leysanına bürüsün səni,
O gözəl elimin buludu- çəni.
Yağışa bələnib gözlərəm səni,
Qayıt Ötükənə, qayıt amandır,
Verdiyim vədənin vaxtı tamamdır

Get səni gözləyir İlteriş kaqan,
Onun qulluğunda dayan hər zaman.
Kül Təgindən ayrı düşmə bircə an,
Qayıt Ötükənə, qayıt zamandır,
Verdiyim vədənin vaxtı tamamdır.

Urunqu səsə ayılıb ətrafına baxdı, ins-cins gözə dəymirdi. Amma sifətindən bir gözəl gecə mehi öpdü. Bu toxunuşdan bir istilik yayıldı bədəninə. Görəsən anasının bu səsi haradan gəlmişdi. Başını qaldırıb göylərə baxanda Ayın bütün hər yeri işıqlandırdığını gördü. Bu ay 15 gecə səmada yanıb, ona işıqlı yol, cənuba olan Ötükən yolunu göstərəcəkdi.
14 günün tamamında gün günortaya keçib, 15-ci gün gələndə Urunqu Ötükənə yetişdi. Gördü ki, baş çadırda üstündə bir boz qurd şəkli olan bayraq dalğalanır. Ətraf doludur atlarla, ərlərlə, igidlərlə, bir ozan qopuzunu sinəsinə basıb oxuyurdu:
Taxta çıxdı Kutluk kaqan,
Göy türklərim cüşa gəldi.
Ərlər döyüş meydanına,
Çapıb qoşa-qoşa gəldi.

Qanadlandı yel qanadlar,
Sıraya düzüldü atlar.
Düşmən görsə bağrı çatlar,
Qılınclar baş-başa gəldi.

İlteriş xan fərman verdi,
Qoy yığılsın elim dedi.
63 bəy zirehlənib,
İmza qoydu daşa gəldi.

Ozan yaşlı ozan idi. Qopuzun çaldığı yerdə gözü Urunquya sataşdı. Birdən əlini qopuzdan çəkərək “Kür Şad gəldi”- söylədi. Ətrafdakılar onun baxdığı tərəfə döndülər. Əynində nimdaş paltarlı, şux qamətli, saçları çiyinlərində halqalanan bir ər oğul girdi meydana. Elə bir səssizlik yarandı ki, quş uçsa, qanadlarının səsi eşidilərdi. Qoça ozan, Urunqunun qarşına keçib, özündən asılı olmayaraq, qeyri ixtiyarı bir səslə: “Oğul sən kimlərdənsən?”- deyə soruşdu. Urunqu “Göy türklərdənəm”- dedi. Bəs atanın adı nədir: Atamı görmədim adını bilmirəm.
Ananın adı nədir?
-Anam heç vaxt adını mənə söyləmədi.
Ozanlarından biri idim.Bura nədən gəldin?
— Bildim ki, Kutluq kaqan türk elini bir yerə yığır, Göydə ayın, və günəş ananın köməkliyi ilə gəlib çatdım ki, Ordusuna yazılım. Ancaq Kür Şad oğlu deyiləm.
Anası Urunquya tapşırdığından Kür Şad oğlu olduğunu gizlətməliydi. Söhbət o söhbət deyildi, Urunqu Qara Ozandan nəyisə gizlədirdi. Bir insan da Kür Şada bu qədər oxşar olmzdı ki… İzin alıb Kutluq xaqanın çadırına keçdi, qabağında diz vurub təzim etdi. Kutluq Kaqan “Kür Şad” adını eşidib xeyli fikirə getdi. Kür Şad sağ idisə, o zaman bu taxta o sahib olacqdı. Ya oğlu sağdırsa, taxtı tac oğluna veriləcəkdi. Bilgə Tonyükük elin həm elçisi idi, həm kaqanın baş vəziri idi. Ən çətin anlarda məsələlərin düzgün həllini o tapırdı. Üzünü Qara Ozana tutub: “Baba, Sən Kür Şadı görənlərdənsən, deyirlər Kürşadın atdığı oxu , nizəni kimsə atmayıb. Yarış meydanına çıxart…”..- dedi.
Tonyukük çadırdan çıxıb, üzünü döyüşçülərə tutub dedi ki, indi ox atma və güləş yarışı keçiriləcək. Ox və nizə yarışları başladı. Qara Ozanın fikri, iti gözləri Urunquda idi. Urunqu hətta yarpaqların budaqları arasında gizlənən ovu da atası Kür Şad sayağı nişanlayırdı. Bir nizəsi, bir oxu yan keçmədi. Oxu yaydan dartmağı da Kür Şad sayağı idi. Onun döyüş meydanında yarışmasını görəndə, bir daha bu igidin Kür Şadın oğlu olduğunu təsdiq etdi. Qara Ozan Tonyükükə dönüb başı ilə, onun Kür Şadın oğlu olduğuna işarə verdi. Qara Ozan Urunquya anasının nişanələrini söylədi, adının Altın Tarım olduğunu dedi. Tonyükük onu Kaqanın çadırına dəvət etdi. Urunqu çadıra keçdi, diz vurub təzim etdi. Gəlib Kaqanın qarşısında dayandı. Elə bu vaxt əbasının yaxası açıldı. Çadırın içərisinə belinə bağladığı biçağın tiyəsinin işığı yayıldı. Bu işıq dünyanın altını üstünü bilən, Tonyukükün göznüdən yayınmadı. Dedi: “Ər igid o belindəki bıçağı aç göstər mənə. Tonyukük bilirdi ki, Bozqurd soyunun ilk xaqanı Bumun xaqan , 150 il əvvəl şaman Kırac atanın atasına bir sehirli bıçaq döydürüb. Ona da bu haqda atası danışmışdı. Demişdi ki, Bozuqrd soyunun tilsimli bıçağıdır. Bumun kaqandan qalıb. Bıçağın sapının üstündə Bumun kaqanın adı və damğası həkk olunub. O yazı hər vaxt görünməz. Ancaq Günəş doğarkən və batarkən görünər. O yazılar və tamğa türklərin bəxti yüksəldiyi zaman işıl-işıl parlayacaq.”
Alıb bıçağı əlinə,
Fikir verdi sözlərinə,
Günəş doğdu türk elinə,
Göy türkün zamanı gəldi,
Yenə bayrağı yüksəldi.

Tonyükük üzünü Kutluq xaqana tiutub:
Xaqanımn, bu Kür Şadın oğludur. Bunu eşidən Kutluq kaqan taxtdan enib gəlib, Urunquya təzim etdi.

Mübarəkdi qədəmlərin,
Paşam xoş gəldin, xoş gəldin!!!
Nə gözəldi bu dəmlərin,
Paşam xoş gəldin, xoş gəldin!!!

Mete xandan , Bumun xandan
Çuluq xanqdan miras qalan
Türk elinə sahibgiran
Taxta xoş gəldin, xoş gəldin!!!

Savaşdan savaşa düşdün,
Dostların təlaşa düşdü,
Gör bir neçə il ötüşdü,
Elə xoş gəldin, xoş gəldin!!!

Susdu aranı qatanlar,
Səni zindana atanlar,
Vaxtilə daşa tutanlar,
Daşa tuş gəlsin, tuş gəlsin.

Aldı cavabında görək Urunqu nə dedi:

Tanrı bizi yada saldı,
Göy türklərə səda saldı,
Qəlbimizi oda saldın,
Qardaş xoş gəldim, xoş gəldim.

Tanrımın məqamı gözəl,
Yazıbdı məqamı gözəl.
Bəxtimin yazanı gözəl,
Başa xoş gəldim xoş gəldim
Paşa xoş gəldim, xoş gəldim.

O bir Şad oğlu idi. Özü də Şad oğlu ilə üz üzə durmuşdu. Kutluq kaqanı bağrına basıb dedi: “ Kaqanım, el sənə İlteriş adını verdi. Məqamın kutluq olsun. O Məqamı sənə Tanrı yazdı. Sən də eli bir yerə yığdın. Mən sənin əsgərinəm. Ötükən adına, elim adına, soyum adına, atam Kür Şad adına hər zaman yanındayam. Bizə yol ver gedək ata-babalrımızın qisasını alaq.Torpaqlarımızı genişləndirək! Qara Ozan bu mənzərəni seyr edirdi. Birdən heç dəvət gözləmdən qopuzun yenə sinəsinə basıb, elini belə öydü:

Çəksə qılıncını, atsa oxunu.
Hayqırtısı türk elinə yayılar.
Döyüşlərdə məğlub edər çoxunu,
Mürgü vuran bozkırlar da ayılar.

Ərlər haray çəkər Vətən , ay Vətən
Qola qüvvət verdi yenə Ötükən.
Yağını, düşməni qoymarıq bir də,
Sənə zərrə qədər toxuna Vətən.

Biz yanıb törəyib, oddan çıxmışıq,
Boz qurdun gözündə yanan işığıq.
Yüz min düşmən gəlsə geri durmarıq.
Səninçün gəlmişik cahana Vətən…

Təbillər çalınır, şeypurlar səslənirdi…. Kutluq Kaqan ön sırada, sağında Bilgə Kaqan, solunda Gültəkin, Kür şad oğlu Urunqu Ötükəndə başlarına yığdıqları böyük bir ordu ilə Çində qalan türkləri xilas etməyə gedirdilər… türk elini birləşdirməyə gedirdilər.
********************
1300 il keçəndən sonra, ulu Türklərin ruhları yenə Tanrı dağında məşvərət keçirdilər. Dedilər ki, Göy Türkləri bir araya gətirmək lazımdır. Onların bu nidası, bu məşvərəti 1992-ci ildə Heydər Əli oğlu ilə Nursultan Abış oğlu Naxçıvanda görüşləri ülə üst-sütə düşmüşdü. Görüş zamanı Türk Akademiyasının yaranması təklifi verildi. İndi o Beynəlxalq Türk Akademiyası yaranıb. Akademiyanın prezidenti Darxan Kıdırəli hələ ki, türk dünyasının alimlərini, bilicilərini, tarixçilərini bir araya yığır ki, Göy Türkün bayrağının bütün dünyada dalğalanmasının xəritəsini yazsın. Sonrası balalırmızındır. Kutluq kaqanın Ötükəndə olan məbədinin tapılmasında da Darhan Kıdıralının danılmaz əməyi var. O günümüzün Kül Təginidir. O yazılar yazdırır, kitab edir. Türkün əlində kitabı olduğunu, türkün daşlarda belə imza qoyduğunu dünyaya sübut etdi. Bizə də o xoşbəxt məqam nəsib oldu. Gedib o yerləri görəndə, Məhəmmədşah qızı Aida olaraq bu şerləri yazdım. Bu şerləri yazanda atamın ruhu, Göy türklərin, Umay ananın Altın Tarımın , anam Roza xanımın , Fateh Teymurun, Hüseyn Nihal Atsızın ruhları və göydə də ulu Tanrımız mənə kömək oldu. Bu dastanı yazdım ki, Türk elinin 40-larının cəsarətindən və müsibətindən, mübarizəsindən gələcək nəsillərin xəbəri olsun.

Ötükəndə ötən günlər nağılmış,
Xoşbəxt idik, ormanların içində.
Günəş ana bizə şəfəq payladı,
Əlçim -əlçim dumanların içindən.
Tanrımızdı, bir biz idik, Göy Səma,
Bəyaz idi ağ buludlar, göy səma,
Gör necə döndərdi bəxti Göy Səma,
Bu qarışıq dövranların içindən.
Darhan bəyim Kutluk xandan danışdı,
Dedi Ana noour ona tanışdı.
Bu yerdə Kultegin bəylik qurmuşdu,
Sultanların, xaqanların içindən.
Göy Tanrımız Yerə sevgi ələdi,
Dünya boyda sevgilərə bələndik.
Elə çalxalandıq, elə ələndik,
Təzədən doğulduq təzə biçimdə.
Sarca gölü istiləndi o gecə,
Orhon bizə layla çaldı sakitcə,
Mışıl -mışıl dərələrdən ötüncə,
Bir məhəbbət doğulurdu içimdə.
Çəməninin səhər mehi göz yaşım,
Tanrıya əl açdım, döndü yaddaşım.
Kutluq xaqan məbədində sirdaşım,
Sirrlər açdı, ümmanların içindən.
Tonyukukdən öyüd aldıq o gecə,
Ruhunun sehrinə saldı xan Bilgə,
Məclis təzələndi Umay gəlincə,
Buta aldıq o ruhların üçündən.
Ulduzları çiçək kimi topladıq,
Göylər ilə əhdi-peyman bağladıq,
Xoşbəxtlikdən için-için ağladıq,
Tanrı quran Kəhkəşanın içində.
Ötükəndir Vətənimiz, Yurdumuz,
Tonqal çatdıq, burda qalsın izimiz.
Ulu türkük daşda bitər sözümüz,
Yazılıbdır daş məkanın içində.


KUTLUQ XAQANIN EVİNDƏ

Tanrının qonağı olduq,
Kutluk xaqanın evində.
Hüzr içində bəxtiyardıq,
Kutluk xaqanın evində.
Keşikdə durmuşdu daşlar,
Bədəndən ayrılmış başlar.
Sirrləri açırdı daşlar,
Kutluk xaqanın evində.
Yamyaşıl Hunuy dərəsi,
Selenqa çayının səsi,
Çalındı monqol nəğməsi,
Kutluk xaqanın evində.
Bəngu daşda nişanımız,
Türk adımız, türk şanımız.
Pozulmayacaq imzamız,
Kutluk xanqanın evində
Möhürü 63 oldu,
Bəngü daşım sirlə dolu.
Türk xaqanlarının qolu,
Kutluk xaqanın evində.
Göy üzü yerə yaxındı,
Ay Tanrım bu nə yaxınlıq?
Könlümüzə işıq axdı,
Kutluk xaqanın evində
Türküm bir araya gəldi,
Tapdı Müqəddəs məbədi.
Bundan sonra ucalacaq
İlteriş xaqan məbədin–
Kutluq xaqanın evində.
Aida Eyvazlı Göy Türk.

10-13 dekabr 2016-cı il.
(Hüseyn Nihal Atsızın “Bozqurdlar” romanı əsasında yazılmış).
Aida Eyvazlı
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed