Şrift:
Azərbaycan XİN rəhbəri: “Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”
11.04.2017 [15:23] - Siyasət
“Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə görüşü zamanı deyib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed