Şrift:
QMİ sədri: “Azərbaycanda müxtəlif din mənsubları unikal dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar”
12.04.2017 [10:26] - İslam dini
Bakıda "İslam həmrəyliyi ili" çərçivəsində "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfrans başlayıb.
Konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə keçirilir.
Tədbirdə dövlət, elm və ictimai xadimlər, dini konfessiyaların rəhbərləri, Azərbaycanda təmsil olunan diplomatik korpus nümayəndələri iştirak edir.
Konfransı giriş sözü ilə QMİ sədri Allahşükür Paşazadə açıb.
O bildirib ki, sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs İslam dini bütün səmavi dinlərə və onların ardıcıllarına hörmət və ehtiramla yanaşmanı vacib buyurur: “Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib”.
QMİ sədri deyib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər yəhudilər və digər din mənsubları unikal dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed