Şrift:
Cismən uzaq, ruhən yaxın Kolumbiya!
24.04.2012 [10:55] - Diaspor
Kolumbiya Senatında Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

XİN rəsmisinin sözlərinə görə, Senatın qəbul etdiyi sənəddə Xocalıda baş vermiş cinayət soyqırım adlandırılıb. “Sənədə əlavədə Azərbaycana qarşı təcavüz siyasətinin tarixi, Azərbaycanın mövqeyi, Qarabağ və ətrafındakı 7 rayonun ermənilərin işğalı altında olduğu, 1 mln-a yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü bildirilir, əhaliyə qarşı zorakılıq, insan hüquqlarının pozulması pislənilir”

E. Abdullayev qeyd edib ki, Latin Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya da Xocalıda baş verən hadisələrə soyqırım kimi qiymət verib. Qərar senatdan öncə onun 2-ci konstitusional daimi komitəsində irəli sürülüb. Tələb olunan 102 səs toplanıb və sənəd yekdilliklə qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed