Şrift:
Ötən il Həmədan Vilayətində yüzlərlə soydaşımız yol qəzalarının qurbanı olub
13.04.2017 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan Vilayəti Yol Polisi İdarəsinin rəis müavini polkovnik Səid İsmaili təmsil etdiyi vilayətdə baş verən yol qəzaları ilə bağlı yeni məlumat açıqlayıb.

“Ötən il (hicri-şəmsi təqvimi ilə 1395-ci il) Həmədan Vilayətində şəhərlərarası yollarda baş verən yol qəzalarında 358 nəfər həyatını itirib. Baş verən qəzaların əsas səbəbi yüksək sürət və sürücülərin diqqətsizliyi ilə bağlı olub”- deyə Səid İsmaili mətbuata bildirib.

Onun sözlərinə görə, ötən il ölümlə nəticələnən yol qəzalarının sayında azalma var. “1395-ci ildə xəsarət alma ilə nəticələnən yol qəzalarının sayı əvvəlki ilə nisbətən 2 faiz artsa da, ölümlə nəticələnən qəzaların sayı 9 faiz azalıb. Yol qəzaları pərakəndə şəkildə təxminən vilayətin bütün məntəqələrində baş verib, ümumi olaraq 1887 nəfər baş verən qəzalarda müxtəlif dərəcəli bədən xəsarəti alıb”- deyə Həmədan Vilayəti Yol Polisi İdarəsinin rəis müavini əlavə edib.

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed