Şrift:
Urmu gölündə suyun səviyyəsi 7 santimetr aşağı düşüb – Azərbaycanlı millət vəklili
13.04.2017 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qeyd etdiyimiz kimi, Urmu gölündə vəziyyətin yaxşılaşdığı ilə bağlı iddialar öz təsdiqini tapmır, belə məqsədyönlü açıqlamalar əsasən ölkə rəsmiləri tərəfindən səsləndirilir.

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə Urmu gölü böhranına toxunaraq Urmu Gölünü Canlandırma Mərkəzinin fəaliyyətini sərt tənqid edib.

“Urmu Gölünü Canlandirma Mərkəzi Qərbi Azərbaycan Vilayəti kənd təsərrüfatının qatilidir. Bu mərkəz Baranduz və Nazlı bəndlərini qapatdı, bu olmamalı idi və qanunaziddir”- deyə millət vəkili deyib.

İran mətbuatında yayılan məlumata görə, N.Qazipur Urmu gölündə vəziyyətin heç də yaxşı olmadığını diqqətə çatdırıb. “Çox təəssüflər olsun ki, bu il Urmu gölündə suyun səviyyəsi əvvəlki ilə nisbətən 7 santimetr aşağı düşüb”- deyə o bildirib.

Qeyd edək ki, Güney Azərbaycanın Urmu gölü artıq quruyaraq sıradan çıxmaq üzrədir. İran rejimi verdiyi bütün vədlərə rəğmən gölün qurtarılması üçün heç bir əməli addım atmayıb, bölgə ekoloji faciə astanasındadır.

FacebookTwitterGoogle+LinkedInEmail
Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed