Şrift:
Qarabağ qaziləri Şəhidlər Xiyabanında
24.04.2012 [12:30] - Sosial
Azərbaycanda “əfsanəvi Boz Qurd” kimi tanınan, Qarabağ müharibəsi qazisi Yusuf Ziya Arpacıq bir neçə gündür ki, Bakıda səfərdədir.

Hər kəsin “Yusif Hoca” kimi xitab etdiyi Y.Z.Arpacıq aprelin 23-də azərbaycanlı Qarabağ qaziləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Qarabağ savaşında iştirak etmiş azərbaycanlı qəhrəman xanım qazilər də Şəhidlər Xiyabanında olublar.

“Əsgər ailəsi” cəmiyyətinin sədri, hərbi jurnalist Roza Əliqızı, digər Qarabağ qazisi, Meydan hərəkatının iştirakçısı Ruxsarə Cumayeva tədbirdə iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarı önünə əklillər qoyulub.
Roza Əliqızı və Ruxsarə Cumayeva Qarabağ savaşından, azərbaycanlı fədakar qadınların müharibədə qorxmadan mübarizəsindən, vətən uğrunda şəhid olmasından danışıblar. Y.Z.Arpacıq Qarabağın azad olunacağına inandığını, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşa hazır olduğunu vurğulayıb. Sonra Yusif Hocaya “Zülfüqar qılıncı” hədiyyə olunub və bunu qələbə nümunəsi kimi qəbul etməsini xahiş ediblər. Şəhidlər Xiyabanını ziyarətə Azərbaycanda təhsil alan türkiyəli tələbələr də qatılıblar.
Bu xəbər oxucular tərəfindən 1984 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed