Şrift:
Prezident Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb
24.04.2012 [13:38] - Xəbərlər
Aprelin 23-də prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı şuraya 2008-ci ildə təyin etdiyi üzvlərdən yalnız birini dəyişib. Deputat Ceyhun Osmanlının yerinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov təyin olunub. Ceyhun Osmanlı QHT-lərə Dövlət Dəstəyi Şurasına "İrəli" İctimai Birliyinin sədri kimi təyin edilmişdi. O, “İrəli”nin sədri postundan bu yaxınlarda istefa verib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni tərkibi belədir:

Dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini

Məmmədov İlqar Kamil oğlu, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi

Məcidli Vüqar Sabir oğlu, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini.

Qeyri-hökumət təşkilatlarından

Quliyev Azay Əjdər oğlu, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi

Məmmədov Sahib Məlik oğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Mirzəzadə Rəna Rza qızı, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri

Qədirov Vüqar Kərim oğlu, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri

Vəliyeva Dilarə Hətəm qızı, “Mülk” İctimai Assosiasiyasının prezidenti

İsmayılov Şahin Əmir oğlu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Hüseynova Gülnarə Alxas qızı, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti

Nuriyev Əliməmməd Mali oğlu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti.
Bu xəbər oxucular tərəfindən 1728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed