Şrift:
Hüseyn Cavidin “Maral” pyesi bolqar dilinə tərcümə olunur
14.04.2017 [11:01] - Gündəm
Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin "Maral" pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyivə Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Akademiyadan bildirilib ki, pyesin tərcüməsində məqsəd Hüseyn Cavidin ümumbəşəri yaradıcılığını beynəlxalq miqyasda təbliğ etməkdi.

Nəşrin tərtibçisi və ön sözün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, tərcüməçisi isə mərkəzin müdiri Sofiya Şiqayevadır.

Qeyd edək ki, "Maral" əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed