15.04.2017 [09:12] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
MDHP sədri Hesablama Palatasının hesabatına iradlarını bildirdi
Milli Məclisin dünən- 14.04.2017 tarixində keçirilən plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin etdiyi çıxışın tam mətni:
“Hörmətli sədr, hörmətli həmkarlar!
Hesablama Palatası Azərbaycan Respublikasında kənar dövlət maliyyə nəzarətini həyata keçirən orqan kimi Milli Məclis tərəfindən yaradıldığından onların qane edici işi həm də bizim uğurumuz sayılar. Palatanın bu dəfə hazırladığı hesabatda Milli Məclisdə səsləndirdiyimiz bir çox təkliflərə də yer ayrılması görünür. Hesabatda göstərilir ki, müəyyən edilmiş bir sıra nöqsanların yaranması, xüsusilə vəsaitin təyinatının dəyişdirilməsi daha çox proqnozlaşdırma prosesindən asılıdır. Doğrudur. Mən büdcə müzakirələri zamanı yanlış bir proqnozlaşdırmaya münasibət bildirmiş, hökumətə sual ünvanlasam da cavab almamışdım. Büdcəyə proqnozlaşdırılan daxilolmalarda 101 milyon manat vergi ödəyicilərinin cərimələrindən daxilolma kimi nəzərdə tutuldu.1 milyon manat isə yol hərəkəti qaydalarının pozulmasından nəzərdə tutuldu. Bu yanlış yanaşma oldu. Həm də vergi işçilərini və DYP işçilərini pis duruma salma oldu. Bəlkə bu il heç səhlənkar sürücü və ya qayda pozan sahibkar olmayacaq. Onda bu o deməkdir ki, vergi işçiləri və DYP işçiləri nə yolla olur olsun bu vəsaiti təmin etməlidir. Bu məsələyə Hesablama Palatası diqqət etməlidir. Səsləndirdiyimiz bir çox təkliflərin hesabatda yer alması təqdir olunmalıdır. Metropoliten QSC və Azərbaycan Hava Yolları QSC-nə verilən subsidiyalarla bağlı yarımmaddənin Vahid Büdcə Təsnifatından çıxarılması;
birdəfəlik təyinatlı xərclətrin daha konkret xərc istiqamətləri ilə əvəzlənməsi;
Digər işlər və xidmətlər yarımmaddəsinin təsnifatdan çıxarılmasını;
Sair xərclər paraqrafında nəzərdə tutulmuş xərclərin daha detallı təsnifləşdirilməsi büdcə müzakirələrində tərəfimizdən səsləndirilmişdir və indi bu təkliflərin Hesablama Palatası tərəfindən təkliflər bölümünə daxil edilməsi müsbət haldır. Hesabatda ümumi bölümdə göstərilir ki, Hesablama Palatasının fəaliyyətinin məqsədi dövlətin inkişafı və vətəndaşların rifahı naminə dövlət vəsaitlərinin şəffaf, məqsədyönlü, səmərəli, nəticəli, qənaətlə istifadə olunmasını təmin etməkdir. Amma bütün hallardamı vəsaitlər səmərəli istifadə olunur? Əlbəttə yox. Banklardan külli miqdarda vəsaitin kredit şəkilində götürülməsi, ölkədən çıxarılması hamıya məlumdur. Avanturist layihələrə fantastik vəsaitlə kredit ayrılması nədən Hesablama Palatasının hesabatında yoxdur? Ümumiyyətlə bu vəsaitlərlə bağlı işlər nə yerdədir? Onların qaytarılması ilə bağlı hansı addımlar atılır? Belə hallarda müntəzəm fəaliyyət göstərən Hesablama Palatası həm mütəmadi yoxlamalarla profilaktika etməli, həm də Respublika prokurorluğu ilə birlikdə sonuclar almalıdır. Oğurlanmış bu vəsaitlərin büdcəyə qaytarılması mütləq təmin olunmalıdır.
Ümumi bölümdə dövlət əmlakının özəlləşdirilməsi vasitəsi ilə büdcəyə daxil olmalarla bagli hissə var. Dövlət əmlakı dedikdə təkcə uzun müddətdir dövlətin sərəncamında olan fabrik, zavod və s. anlaşılmamalıdır. Bəzi korrupsioner məmurlar tərəfindən oğurlanmış dövlət vəsaiti hesabına tikilən əmlaklar da milliləşdirilərək dövlət əmlakı kimi istifadə olunmalıdır.
Yaxınlarda bir neçə sahibi üzə çıxmayan villaların Bakı İH tərəfindən sökülməsini xatırlayırıq. Niyə bu əmlaklar sokülməli idi? Axı bu villalar dövlətdən oğurlanmış pulla tikilmişdi. Onlar dövlət hesabına keçirilərək uşaq bağçası, qocalar evi, turizm məqsədli və s. istiqamətdə istifadə oluna bilərdi. Yoxsa, onsuz da dövlətdən oğurlayıblar və bir miqdar da sökmək üçün vəsai ayırıb daha çox itki vermək israfçılıq deyilmi?
Hesablama Palatasının hesabatında və gələcək fəaliyyətində deyilənlərin də nəzərə alınacağına əminliyimi bildirirəm.
Təşəkkür edirəm .”
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |