Şrift:
Ermənistan müxalifəti seçkinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib
15.04.2017 [10:55] - Siyasət
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın sədri olduğu “Erməni Milli Konqresi-Ermənistan Xalq partiyası” müxalifət bloku parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu barədə vəkil Tiqran Yeqoryan açıqlama verib.

“Biz alyans və “Vətəndaş-müşahidəçi” təşəbbüsü adından Konstitusiya Məhkəməsinə müraciət etmişik. Hesab edirik ki, 2 aprel seçkiləri zamanı dövlət əsas prinsipləri-öz iradəsini azad ifadəetmə və gizlin səsverməni təmin etməyib. İnzibati resurslardan istifadə olunub”, - deyə o bildirib.

Bu müraciət nəticəsində parlamentin birinci iclası təxirə salına bilər. Konstitusiyaya əsasən, yeni seçilmiş parlamentin ilk iclası seçkilərdən sonra 3-cü cümə axşamı günü keçirilir. MSK səsvermənin nəticələrini aprelin 9-da təsdiqlədiyindən parlament öz işinə aprelin 27-də başlamalıdır. Lakin ərizədən sonra iclasın maya kimi təxirə salınacağı ehtimal olunur. Konstitusiya Məhkəməsi tərəfindən ərizəyə maksimum 15 gün ərzində baxılmalıdır.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed