Şrift:
“Erməni diasporu Condi Baqaturiyaya böyük miqdarda pul təklif edib”
25.04.2012 [09:53] - Diaspor
Gürcüstan parlamentinin üzvü Azər Süleymanov bu gün qanunverici orqanın iclasında uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı baş verən insidentə münasibət bildirib.

A. Süleymanov bu məsələnin erməni deputatlar tərəfindən deyil, gürcü deputat tərəfindən qaldırılmasından təəssüfləndiyini söyləyib: “Gürcü və Azərbaycan xalqları dost və qardaşdır. Biz həmişə bir-birimizi dəstəkləmişik. Əsl soyqırım 1918-ci ildə Azərbaycanda olub. Ermənilər Bakıda, Şəkidə, Qubada, Gəncədə və Azərbaycanın digər bölgələrində soyqırım törədiblər. Bu gün parlamentdə deputat Condi Baqaturiya bu məsələni qaldırdı. Erməni diasporası bu məsələ ilə bağlı ona böyük miqdarda pul təklif edib. Bu gün biz də ona “payını” verdik. Azərbaycanlı deputat Ramin Bayramov Xocalı hadisəsi ilə bağlı tarixi faktlarla dolu sənədləri şəxsən Baqaturiyanın sifətinə çırpdı. Əsl soyqırımı görmək üçün yüz il əvvələ getməyə ehtiyac yoxdur. 20 il əvvəl bir gecədə baş verən Xocalı faciəsi zamanı 600-dən çox insanımız öldürüldü, minlərlə azərbaycanlı yaralandı və itkin düşdü, bir şəhər yerlə-yeksan oldu. Bunlar dünənki faktdır. Belə təxribat xarakterli çıxışlara yol vermək olmaz. Gürcüstan bizim vətənimizdir”.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed