Şrift:
“Traxtur” komandası “Pədidə”ni öz meydanında məğlub etdi
15.04.2017 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol takımı Məşhədin “Pədidə” komandasını öz meydanında məğlub etdi.

İran üzrə super liqa yarışlarının 27-ci həftəsində keçirilən görüş yerli vaxtla saat 17:00-da Məşhədin “Samin-ol Əemmə” stadionunda başlayıb, 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə başa çatıb.

“Traxtur”a qələbə qazandıran qol oyunun 9-cu dəqiqəsində Hadi Məhəmmədi tərəfindən vurulub.

Bu nəticədən sonra “Traxtur” 50 xalla (imtiyaz) müvəqqəti olaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed