Şrift:
GÜNEY XƏBƏRLƏRİ
13.10.2011 [18:41] - Gündəm
Vəhid Faizpurun saxlanılma qərarının müddəti uzadılıb

Hazırda Xoy şəhərində saxlanılan azərbaycanlı fəal Vəhid Faizpurun saxlanılma müddəti oktyabrın 19-na (mehrin 27-nə) qədər uzadılıb.
Bu barədə onun ailəsinə, Xoy şəhərinin İnqilab Məhkəməsinə müraciət edilərkən deyilib.
Həmçinin qeyd ediblər ki, Faizpur qərarın müddəti bitdikdən sonra Urmu şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə göndərilə bilər.
Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal Cəfərzadə ailəsinin dəfn mərasimində yaxalanan tutuqlulardandır.


Şirzad Hacilu və Bəhmən Nəsirzadə Xoy zindandan ETTELAATa köçürülüb

Oktyabrın 11-də (mehrin 19-da) azərbaycanlı fəal Bəhmən Nəsirzadə və bir gün sonra Şirzad Hacilu Xoy şəhərinin zindanından Urmu şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına köçürülüb.
Qeyd edək ki, hər iki milli-mədəni fəalın səhhəti uzun müddət aclıq aksiyasını (etisab-i ğəza) davam etdirdiklərinə görə pozulub. Zindan məsulları isə onları dərman etdirməkdən imtina ediblər.
Xatırladaq ki, adını çəkdiyimiz fəallar Cəfərzadə ailəsinin Xoy şəhərində keçirilən dəfn mərasimində tutuqlanıblar.

Məhkəmə “Traxtur” tərəfdarları barəsində ağır qərar çıxarıb

Təbrizin ümumi məhkəməsinin 4-cü şöbəsi “Traxtur” futbol komandası (timi) tərəfdarları barədə ağır hökm çıxarıb.
“Traxtur-Səba” müsabiqəsindən sonra yaxalanan 28 nəfər komanda tərədarları ümumi asayişi pozmaq, polisə tabe olmamaq, polisə aid əşyanı təxrib ekmək və ... kimi ittihamlarda suçlanıblar. Onlar bütövlükdə 186 ay həbs, 26 ay asılı həbs (şərti), 610 şallaq zərbəsi və təxminən 16000 dollar (16 milyon tümən) cəriməyə məhkum olublar.
Milad Məhəmmədiyan, Səccad Ğeybi, Səid Ğeybi, Bəhmən Məhərrəmi, Bəhmən Muradi, Səməd Muradi, Behzad Bəhremənd və Qurban Qurbanzadə 21 ay həbs və 50 zərbə şallağa məhkum olublar.
Ehsan İmamverdi, Mehdi Sasani, Məhəmməd Bafənde, Milad Əbdülzadə, Hüseyn Rəhimi, Səccad Mahmudi, Əli Yari Seraclu, Məhəmməd Nuri, Vəhid Babazadə, Əli Əmanət, Həmzə Rəsuli, Mehdi Babayi və Fəramərz Puladpur isə hər biri 91 gün həbs və 21 zərbə şallağa məhkum ediliblər. Ancaq onların vəziyyətinin üxsusiliyi ilə əlaqədar qərarın icrası 2 il müddətinə asılı (təliq) qalacaq.
Həmçinin Səccad Mahmudi, Əli Yari Seraclu, Məhəmməd Nuri, Vəhid Babazadə, Əli Əmanət, Həmzə Rəsuli, Mehdi Babayi və Ətabək Cabbarinin keçmişdə məhkumluq dosyelərinin olmaması nəzərə alınaraq hər biri təxminən 200 dollar (200 min tümən) cəriməyə məhkum edilib.
Məhkəmə Həsən Pinevər, Mehdi Fəthiazər, Əfşar Zare, Məhəmməd Purməhəmməd, Ətabək Cabbari, Peyman Şücayi, Məcid Məhəmməd Əkbəri və Əmir Kufblurini 18 yaşdan az olduqlarına görə, yeniyetmələr məhkəməsinə göndərib.

Tehranda azərbaycanlı fəal Behnam Şeyxi həbs olunub

Bu gün səhər Tehranda azərbaycanlı fəal Behnam Şeyxi tutuqlanıb. Təhlükəsizlik qüvvələri Şeyxinin evinə hücum edərək onu yaxalayıblar.
Təhlükəsizlik qüvvələri Behnam Şeyxini döyərək yaxalayıb, onun ev və mağazasında axtarış aparıblar. Axtarış nəticəsində Şeyxiyə aid komputer, CD-lər, kitablar, əlyazmalar və bir sıra başqa şəxsi əşya zənt olunub.
Məmurlar azərbaycanlı fəal Behnam Şeyxini şəxsi əşyaları ilə birlikdə naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı fəal keçmiş illərdə də milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və həbs edilib.


Milli komandalarımız (timlərimiz) müsabiqəyə hazırlaşır


“Traxtur” futbol komandası (timi) oktyabrın 14-də (mehrin 22-də) İsfahanın “Sepahan” komandası ilə qarşılaşacaq.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 10-cu həftəsində keçiriləcək müsabiqə Fuladşəhr stadionunda (stadyomunda) Təbriz vaxtı ilə saat 16:00-da başlayacaq.
Bir gün sonra isə (oktyabrın 15-i , mehrin 23-ü) "Şəhrdarı" komandası öz rəqibi ilə qarşılaşacaq. "Şəhrdari-Mələvan" müsabiqəsi Təbrizin səhənd stadionunda yerli vaxtla saat 16:00-da başlayacaq.


15 nəfər azərbaycanlı fəal barədə 30 il həbs qərarı çıxarılıb


Təbrizdə İftar mərasimi zamanı tutulan azərbaycanlı fəalların 15-i barədə 30 illik həbs qərarı çıxarılıb.
Onların hər biri 4 ay həbs və 20 ay asılı (şərti) həbsə məhkum ediliblər.
Hakim Həmlbər azərbaycanlı fəalları milli təhlükəsizlizliyin əleyhinə iqdam etmək məqsədi ilə toplaşmaqda suçlayıb.
Məhkəmə qapalı keçirilib. Tutuqluların əksəriyyəti saxlanılan müddətdə və istintaq zamanı döyülüb və işgəncələrə məruz qalıblar. Onlar saxlanıldıqları müddətdə vəkil və ailələri ilə görüşə bilməyiblər.
Sözü gedən soydaşlarımızın kimliyi bunlardan ibarətdir:
Yusif Sələhşur
Əhməd Əlizadə
Yasir Salman Rzayi
Əli İmani Qaraməleki
Qadir Növruzi
Məhəmməd Əmiri
Cəlil Ələmdar Milani
Məhəmməd Əlimuradi
Əli Şirnak
Fərzad Məhdəvi İsfəncani
Mehdi Mühacir
Yaqub Rzayi
Məhəmməd Mahmudi
Əkbər Purhüseyn
Yaqub Kərimi
Qeyd edək ki, adını çəkdiyimiz 15 nəfər daha 15 nəfər azərbaycanlı fəalla birlikdə avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmu Gölü məsələsini müzakirə edərkən tutuqlanıblar.


“Traxtur” tərəfdarları azərbaycanlı fəalların həbsi ilə bağlı Bəyanat yayıblar

“Traxtur” futbol komandası (timi) tərəfdarları azərbaycanlı fəalların tutuqlanması ilə bağlı 10 nömrəli Bəyanatını yayıb.

Bəyanatda qısaca deyilir ki, “Urmu Gölü ilə bağlı keçirilən dinc etiraz yürüşləri diktator İran rejimi tərəfindən zorakılığa məruz qalıb və çoxsayılı azərbaycanlının tutuqlanması ilə yadda qaldı. Bu tutuqlamalar hələdə davam edir və azərbaycanlı fəalllara qarşı təzyiqlər səngimək bilmir.

Biz bütün komanda tərəfdarlarına çatdırmaq istəyirik ki, bundan sonra stadionlarda (stadyomlarda) tutuqlanan azərbaycanlı fəalların azadlığını daha çox tələb etməliyik. İranın rasist hakimiyyətinə də xəbərdarlıq edirik. Əgər Milli Hərəkat fəallarının tutuqlanması davam edərsə, tutuqlular azad edilməzsə və Urmu Gölünü qurumaqdan qurtarmaq üçün əməli bir tədbir həyata keçirilməzsə, biz yeni etirazlara dəvət edəcəyik.

“Azərbaycan Var olsun – Tutulanlar azad olsun”
“Səddləri sındırın - Urmu Gölün doldurun”
Bu xəbər oxucular tərəfindən 2910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed