Şrift:
“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub
17.04.2017 [10:18] - Gündəm
“Şərq qapısı” qəzetinin baş redaktoru dəyişdirilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Mehriban Paşa qızı Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.
M.Sultanova bundan öncə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Qabil oğlu Səfərov idi.
Qeyd edək ki, “Şərq qapısı” qəzetinin təsisçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed