Şrift:
TürkPA: Türkiyədəki referendum ölkə qanunlarına və beynəlxalq standartlara uyğun keçirilib
18.04.2017 [10:17] - Xəbərlər, Siyasət
Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da keçirilmiş ümumxalq səsverməsi ölkə qanunlarına və beynəlxalq standartlara uyğun keçirilib.

Bu fikir referendumda müşahidəçi statusu ilə iştirak edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyətinin Ankarada keçirdiyi mətbuat konfransında ifadə olunub.

TürkPA-nın baş katibi Jandos Asanov Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament üzvlərindən ibarət müşahidə missiyasının Ankarada bir sıra məntəqələrdə səsvermə prosesini izlədiyini bildirib.

Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, referendum Türkiyənin qanunvericiliyi və beynəlxalq standartlara tam uyğun, ədalətli və şəffaf şəraitdə keçirilib. Diqqətə çatdırıb ki, müşahidələr zamanı səsverməyə müdaxilə və qanun pozuntusuna rast gəlinməyib. Vətəndaşlar səsvermədə yüksək fəallıq nümayiş etdiriblər. Ə.Əmiraslanov bildirib ki, səslərin sayılması prosesi də son dərəcə şəffaf həyata keçirilib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed