Şrift:
Türkiyədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə uzadılıb
18.04.2017 [10:30] - Gündəm
Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejimini 3 ay müddətinə uzadıb və qərarın təsdiqlənməsi ilə bağlı sorğu parlamentə göndərilib.
Bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.
"Milli Təhlükəsizlik Şurasının fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması ilə bağlı tövsiyəsi var. Biz bu qərarı qəbul etdik. Çərşənbə günü o, təsdiq edilməsi üçün parlamentə daxil olacaq", - deyə Kurtulmuş Ankarada jurnalistlərə bildirib.
Türkiyədə fövqəladə vəziyyət rejimi ötən ilin iyul ayında baş verən dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib. O, daha sonradan üç ay müddətinə uzadılıb.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed